“Hər kəs törətdiyi cinayətlərə görə cavab verəcək”
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
“Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatlar kifayət qədər ciddidir və Azərbaycan ictimaiyyəti tərəfindən yaxından izlənilir. Dünənki hadisə, verilən bəyanat, süjetlər və faktlar bir daha sübut etdi ki, Azərbaycan dövləti hər şeyi dəqiqliklə izləyir, hər şey kifayət qədər ciddi şəkildə diqqətdədir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov söyləyib.
O, kimliyindən asılı olmayaraq hər bir kəsin öz törətdiyi cinayətlərə görə mütləq şəkildə cavab verəcəyini diqqətə çatdırıb: “Məsələ burasındadır ki, bəzi şəxslər, hansılar ki, uzun müddət dövlət strukturlarında yüksək vəzifələr tutublar, onlara elə gəlir ki, onlar toxunulmazdırlar və yaxud hamıdan ağıllıdırlar. Amma bu hadisə bir daha göstərdi ki, siyasətdə eqo, marazm, dövlətə xəyanət, xarici ayrı-ayrı strukturlarla kommunikasiya və bu əlaqələrin bu və yaxud da digər şəkildə ölkə, vətən əleyhinə istifadə edilməsi nələrə gətirib çıxara bilər”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 Fevral 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















