Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

Hər kim 100 il yaşamasa…

Hər kim 100 il yaşamasa…

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dədə-baba reseptləri”, pəhriz, yoxsa genetik yaddaş?

Bəşəriyyətin yarandığı gündən bəri qocalmağa və ölümə qarşı mübarizəsi bu gün tarixin heç bir dövründə olmadığı qədər elmi-texnoloji müstəviyə keçib. Laboratoriyalarda aparılan təcrübələr və genetik araşdırmalar, insan ömrünü uzatmağın artıq bir xəyal olmadığını göstərir.

Müasir elm sübut edir ki, gen mühəndisliyindəki mühüm yeniliklər və fərdi ehtiyaclara uyğun tənzimlənmiş xüsusi qida rasionları vasitəsilə qocalma prosesinə müdaxilə etmək mümkündür. Bundan əlavə, süni intellektin tibbə inteqrasiyası xəstəliklərin hələ yaranmadan aşkar edilməsinə və hər bir fərd üçün xüsusi genetik xəritə əsasında qidalanma və müalicə proqramlarının hazırlanmasına imkan yaradır.

Bir tərəfdə minilliklərin süzgəcindən keçmiş “dədə-baba reseptləri”, digər tərəfdə isə laboratoriya şəraitində hazırlanan biokimyəvi detoks formulları və genetik tənzimləmə metodları dayanır. İnsanlar bədənlərini toksinlərdən təmizləmək üçün müxtəlif şirələrə, bitki çaylarına və pəhrizlərə müraciət edirlər. Bu gün market rəflərində gördüyümüz rəngli “detoks” şüşələri bizi qəribə bir sual qarşısında qoyur: Görəsən, bizdən əvvəlki nəsillər müasir dövrün mürəkkəb süni qarışımlarını bilmədən necə gümrah qalırdılar? Üzərində “super qida” yazılan bu bahalı məhsullar həqiqətənmi bizi ulu babalarımızın yediyi sadə və təmiz qidalar qədər sağlam saxlamaq gücündədir?

Əslində, müasir tibbin bu gün “yeni kəşf” kimi təqdim etdiyi bir çox üsul əsrlərdir nənələrimizin mətbəxində tətbiq olunan reseptlərin modernləşdirilmiş versiyasıdır. Məsələn, bu gün dəbdəbəli restoranların menyusunda rast gəldiyimiz ekzotik məhsullar, fermentləşdirilmiş içkilər, əslində, qədimdə bağırsaq sağlamlığı üçün hazırlanan təbii sirkə və ya ev qatığının “yaxın qohumudur”. Biz detoks dedikdə, yalnız yaşıl tərəvəz sularını düşünsək də, qədim nəsillər üçün təmizlənmə mövsümlərlə ayaqlaşmaq idi. Onlar yazda çıxan ilk kəvəri, çirişi və ya kəklikotunu sadəcə dadlı olduğu üçün deyil, bədənin qışdan çıxmış bədənin yorğunluğunu atması üçün süfrəyə qoyurdular. Bu, təbiətin ritmi ilə yaşamaq sənəti idi.

Müasir dünyada “intermittent fasting” adlanan və böyük maraq doğuran aralıqlı oruc metodu da köklərimizə yad deyil. Babalarımızın “az yemək – az dərd” prinsipi bu gün uzunömürlülüyün sübut olunmuş üsulu - kalori məhdudiyyəti ilə tamamilə üst-üstə düşür. Axşam gün batandan sonra ağır xörəklərdən uzaq durmaq adəti hazırda ən populyar pəhrizlərinin təməlini təşkil edir.

Biz antioksidant axtarışına çıxıb dünyanın o biri başından gətirilən ekzotik toxumlara üz tutsaq da, elm sübut edir ki, burnumuzun ucundakı çaytikanı, nar şirəsi və ya dağlarımızda bitən kəklikotu orqanizmimiz üçün daha güclü təsirə malikdir. Nənələrimizin qanazlığına qarşı hazırladıqları təbii bəhməz ən müasir vitamin komplekslərindən daha sürətli nəticə verir. Ev şəraitində hazırlanan turşu və ya qatıqdakı təbii bakteriyalar bağırsaq sisteminə bahalı detokslardan daha effektiv təsir edir.

Ömrü uzatmaq dedikdə, söhbət təkcə qidalardan getmir. Genetika sahəsində aparılan araşdırmalar göstərir ki, insan bədəninin yenilənmə qabiliyyəti müəyyən bir nöqtəyə qədər idarə oluna bilər. Mütəxəssislərin qənaətinə görə, hüceyrə səviyyəsində DNT-nin zədələnmiş hissələrinin bərpası və qocalma prosesinə cavabdeh olan genlərin tənzimlənməsi ilə ömür müddətini nəzəri cəhətdən onilliklərlə artırmaq mümkündür.

Müasir tibb artıq telomerlərin (DNT-nin uclarındakı qoruyucu başlıqlar) qısalmasının qarşısını almağa, kök hüceyrə terapiyası ilə yaşlanmaqda olan orqanları bərpa etməyə və genetik redaktə (CRISPR) vasitəsilə qocalma genlərini “söndürməyə” çalışır. Bəs bu, nə dərəcədə realdır? Bütün bu müdaxilələr həqiqətən qocalma prosesini ləngidə bilər, yoxsa insan ömrü üçün dəyişməz bioloji sərhəd mövcuddur?

Lüksemburq Universitetinin doktorantı, dərinin qocalması və bərpası üçün süni intellekt əsaslı həllər hazırlayan “Glacies biome” biotexnoloji şirkətin həmtəsisçisi və baş icraçı direktoru Nihat Əliyev mövzu ilə bağlı suallarımıza cavab olaraq bildirdi ki, insan ömrünü uzatmaq kağız üzərində mümkün görünsə də, reallıq çoxşaxəli yanaşma tələb edir:

– Qocalma prosesini tamamilə dayandırmaq və ya hüceyrələrin ömrünü uzatmaq o qədər də asan deyil. Nəzəri olaraq hüceyrələrin bölünmə limitini artırmaq mümkündür, lakin qocalma prosesi yalnız bununla məhdudlaşmır. Hüceyrə qocaldıqca onun daxilindəki orqanellər – yəni hüceyrənin “fabrikləri” də qocalmağa başlayır. Zaman keçdikcə hüceyrə daxilində artıq maddələr yığılır və onların membranları dəyişir. Buna görə də qocalmanı yalnız bir fazaya bağlamaq praktikada effektiv nəticə vermir.

Telomerlərin bərpası məsələsində xərçəng hüceyrələri bir nümunə olsa da, burada ciddi risklər mövcuddur. Belə ki, xərçəng hüceyrələri dayanmadan bölünsə də, bunu nizamsız və xətalı şəkildə edirlər. Bizim sağlam hüceyrələrimiz isə mütləq qaydasında və qüsursuz bölünməlidir. Ona görə də, sadəcə, hüceyrə bölünməsini artırmaqla ömrü uzatmaq hələlik mümkün deyil. Bu metodun müsbət nəticə verməsi üçün gələcəkdə bədəndəki digər bioloji proseslərin də onunla bərabər tənzimlənməsi şərtdir.

Soydaşımız vurğuladı ki, qeyri-sağlam həyat tərzinin orqanizmə vurduğu zərəri genetik müdaxilələr, müasir texnologiyalarla belə aradan qaldırmaq mümkün deyil:

– Genetika və gündəlik vərdişlər fərqli amillərdir. Onlar həmişə bir-birinə təsir edir. Genetika insanın xarici amillərə necə reaksiya verəcəyini müəyyənləşdirsə də, təkbaşına kifayət deyil. Hətta ən yaxşı genetik göstəriciləri olan insan belə yuxusuzluq, pis qidalanma və stres nəticəsində sağlamlığını itirə bilər. Uzun ömür sürmək üçün genetikaya güvənib həyat tərzini diqqətdən kənarda qoymaq olmaz.

Uzunömürlülük üçün bu iki faktorun birgə balansı təmin olunmalıdır. Texnologiya bizə genetik xüsusiyyətlərimizi öyrənməyə kömək edir, lakin sağlamlığı qorumaq yenə də gündəlik vərdişlərimizdən asılıdır. Nəticə etibarilə, sağlam və çox yaşamaq üçün yalnız elmi yeniliklərə ümid bağlamamalı, həm də düzgün həyat tərzi sürməliyik.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə söylədi ki, müasir dövrdə populyarlıq qazanan “super qidalar” elmi əsasdan daha çox marketinq gedişidir. Ekspertin fikrincə, genetik olaraq alışdığımız yerli məhsullar orqanizmimiz üçün xaricdən gətirilən ekzotik qidalardan daha faydalıdır:

– Son zamanlar bəzi qidalar yüksək vitamin, mineral və antioksidant tərkibinə görə “super qidalar” adlandırılsa da, bu yanaşma müasir dövrün doğru bilinən yanlışlarındandır. Heç bir qida təkbaşına “super” xüsusiyyətə malik ola bilməz, çünki bir məhsulda olan faydalı elementlər digər qida növlərində də kifayət qədər mövcuddur. Ona görə də bu cür şişirdilmiş təqdimatlara aldanmaq doğru deyil. Nəzərə almaq lazımdır ki, çia toxumu, kinoa, matça, avokado və yaxud qara giləmeyvə kimi məhsulların tərkibində antioksidantların olması mütəmadi onlardan istifadə etmək mənasına gəlmir. Məsələn, payız mövsümünün meyvəsi olan nar, yayda yetişən yerli giləmeyvələr və çərəzlər də eyni dərəcədə zəngin vitamin-mineral tərkibinə malikdir və bənzər funksiyanı yerinə yetirir.

Genetik faktorlar və qida vərdişləri baxımından yerli, mövsümi məhsullar orqanizmimiz üçün xaricdən gətirilən “super qidalar”dan daha faydalıdır. Çünki dad reseptorlarımızın formalaşdığı və orqanizmin inkişaf etdiyi dövrdə daxili sistemimiz bu qidaları tanımayıbsa, onlar allergik reaksiyalara səbəb ola bilər. Bəzən həmin məhsullardan detoks içkiləri hazırlayırlar ki, bu da bir gündə həddindən artıq meyvə-tərəvəz və toxum qəbulu deməkdir. Belə hal qaraciyər və böyrəklərin yüklənməsinə, bağırsaq funksiyasının pozulmasına yol açır. Əslində, orqanizmi təmizləmə funksiyasını qaraciyər və böyrəklər özü yerinə yetirir. Bu səbəbdən, hər hansı detoks içkisinin orqanizmi təmizlədiyini düşünərək insan özü-özünü aldatmamalıdır.

Mütəxəssis bildirdi ki, sağlam həyatın təməlini müvəqqəti pəhrizlər deyil, gündəlik qida rasionunda enerji balansı və su qəbulunun düzgün tənzimlənməsi təşkil edir:

– Balanslı və düzgün qidalanma ən vacib şərtlərdən biridir. Buna, sadəcə həftənin müəyyən günləri deyil, hər gün əməl olunmalıdır. Günlük rasionumuzdakı qidaların kalorisi sərf etdiyimiz enerji ilə balans yaratmalıdır. Qidalanma rejimində yerli və mövsümi məhsulların tərkibindəki faydalı elementlərin – zülal, yağ, karbohidrat və vitaminlərin gündəlik qəbulu təmin edilməlidir. Günlük maye balansına təmiz su ilə yanaşı, ayran, eləcə də meyvə və tərəvəzlərin tərkibindəki təbii şirələr də daxildir. Bu mayelərin kifayət qədər qəbulu orqanizmin təmizlənmə prosesini stimullaşdırır və vitamin-mineral balansını tənzimləyir.

Qidalanma rasionunda genetik olaraq alışdığımız yerli məhsullara üstünlük vermək orqanizmimiz üçün daha məqsədəuyğundur. Antioksidant mənbəyi olaraq təqdim edilən matça çayı ilə yanaşı, yaşıl çay və ya kəklikotu da eyni funksiyanı yerinə yetirir. Bundan əlavə, avokadonun tərkibindəki omeqa-3 və omeqa-6 yağlarını, eləcə də kinoa və çia toxumlarındakı faydalı elementləri yerli məhsullardan da əldə etmək mümkündür.

Müsahibimiz söylədi ki, hüceyrələrin cavanlaşmasını təmin etmək üçün sağlam ömür müddətini uzatmağın ən təsirli yolu aralıqlı orucdur:

– Müasir elmi araşdırmalar göstərir ki, düzgün tətbiq edilən qidalanma rejimi daxili bioloji saatı tənzimləməklə yanaşı, həm də ömrün uzadılmasına birbaşa təsir edir. Bu baxımdan, aralıqlı oruc metodunun orqanizmin cavan qalması və uzunömürlülük üçün çoxsaylı faydaları mövcuddur. Aclıq müddətinin 10-12-ci saatından sonra bədəndəki ehtiyat yağlar enerji mənbəyi kimi istifadə olunmağa başlayır ki, bu da hüceyrələrin yenilənməsi prosesini stimullaşdırır.

Xüsusilə vurğulanmalıdır ki, uzunmüddətli aclıq zamanı bədəndə “autofaqiya” adlanan proses baş verir: bu zaman köhnə, zədələnmiş və xəstəliyə meyilli hüceyrə strukturları parçalanaraq yenilənir. Məhz bu daxili bərpa mexanizmi orqanizmin qocalma sürətini azaldır və xroniki xəstəliklərin qarşısını almaqla insanın yaşam keyfiyyətini artırır. Lakin hər kəs bu qidalanma vərdişinə birdən-birə keçməməli, mütləq mütəxəssisə müraciət etməlidir. Xüsusilə insulin müqaviməti olanlar, xroniki iltihabi proseslərdən və artıq çəkidən əziyyət çəkənlər üçün bu metod effektiv müalicə və uzunömürlülük vəd edir.

Bununla belə, bəzi risk qrupları üçün bu qidalanma rejimi ciddi təhlükə də yarada bilər. Şəkərli diabet xəstələri, hamilə və südverən qadınlar, azyaşlılar, mədə-bağırsaq sistemi problemləri olanlar, eləcə də həddindən artıq çəki azlığından əziyyət çəkən insanlar aralıqlı orucdan uzaq durmalıdırlar. Bu qruplarda uzunmüddətli qida fasiləsi qan şəkərinin kəskin düşməsinə və müxtəlif fəsadlara yol aça bilər. Odur ki, hər kəs sağlamlıq vəziyyətini nəzərə almalı və yalnız mütəxəssis rəyi əsasında bu metodlara müraciət etməlidir.

Ekspert rəyləri də göstərir ki, düzgün həyat tərzi qaydaları – qədim reseptlərin əsasını təşkil edən təbii qidalanma, fiziki aktivlik və yuxu rejimi pozularsa, ən qabaqcıl texnologiyalar belə aciz qalır. Məsələn, bir tərəfdən orqanizmi cavanlaşdıran peptidlər qəbul edib, digər tərəfdən xroniki yuxusuzluq və emal olunmuş qidalarla yaşamaq, sanki aşsüzənlə su daşımağa bənzəyir. Görünən odur ki, uzunömürlülüyün sirri keçmişin müdrikliyi ilə gələcəyin elmini sintez etməkdə gizlidir. Ən yeni kəşflər də nənələrimizin sadə qaydalarını təsdiqləyir. Qədərində və təbii qidalanmaq, vaxtında dincəlmək ən güclü dərmandır. Nəticə etibarilə, texnologiya nə qədər irəli getsə də, sağlam ömür sürmək üçün köklərimizdən qopmamalıyıq. Gen mühəndisliyi bizə yeni imkanlar yaratsa da, sağlamlığı qorumaq üçün təbii üsullardan istifadə etmək vacibdir. Keçmişin sınanmış təcrübələrini bugünkü elmin imkanları ilə uzlaşdıraraq həyat tərzimizə tətbiq etmək daha gümrah və uzun yaşamaq imkanı verir.

Elenora HƏSƏNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see277

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see240

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see223

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see188

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see188

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see187

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see184

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see184

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see182

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see174

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see172

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see171

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see170

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see158

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri