Icma.az
close
up
RU
Hər loxması zəhərdir: Yedikcə ömürdən gedir

Hər loxması zəhərdir: Yedikcə ömürdən gedir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gündəlik rasionda ultra emal olunmuş məhsulların payının artması müasir dövrün ən səssiz, lakin ən təhlükəli təhdidlərindən birinə çevrilib. Tədqiqatlar göstərir ki, menyuda bu qidaların payının cəmi 10% artması belə müəyyən yaş qruplarında vaxtından əvvəl ölüm riskini ciddi şəkildə artıra bilər. Bu məhsullar sadəcə qida deyil, tərkibindəki kimyəvi qatqılar və emal prosesi ilə sağlamlığımızı addım-addım sarsıdan mexanizmdir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, emal olunmuş məhsullardan danışarkən, bu məhsullarda istifadə edilən trans yağlar xüsusi diqqət tələb edir. 
"Bu yağların istifadəsi insanlarda artıq çəkiyə, şəkərli diabet riskinin artmasına və digər ciddi sağlamlıq problemlərinə səbəb olur. Bəzən bu cür məhsulların istifadəsi mütəmadi vərdiş halını alır və fərqinə varmadan gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Lakin bu məhsullar insanı yavaş-yavaş, hiss etdirmədən sağlamlıq baxımından təhlükəli nəticələrə aparır. Bu, qəbul etsək də, etməsək də, acı bir reallıqdır".
Ekspert bildirib ki, digər vacib məqam isə yalnız emal olunmuş məhsullarla məhdudlaşmır. 
"Bu gün gündəlik qida rasionumuza nəzər salsaq, görərik ki, təbii qidalar getdikcə azalır. Onların yerini isə hazır qidalar, yarımfabrikatlar və fast-food məhsulları — məsələn, dönər və digər bu tip qidalar tutur. Bu cür qidalanma tərzi insanlarda müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Bura eyni zamanda kolbasa məmulatları, cipslər, müxtəlif souslar və mayonezlərin həddindən artıq və mütəmadi istifadəsi də daxildir. Artıq bu məhsulların istifadəsi bəzi hallarda ifrat səviyyəyə çatır və nəticədə sağlamlığa ciddi zərər vurur".
Onun sözlərinə görə, digər mühüm məsələ isə şirniyyatların həddindən artıq istifadəsidir. 
"Tərkibində çox miqdarda şəkər və sağlamlıq üçün zərərli yağlar olan bu məhsullar orqanizm üçün ciddi risk yaradır. Təsadüfi deyil ki, tez-tez “iki ağ zərərli məhsul” kimi şəkər və duzun adı çəkilir. Bu məhsulların həddindən artıq qəbulu sağlamlıq üçün təhlükəlidir. Bütün bu amillər bir araya gəldikdə isə ürək-damar xəstəlikləri, şəkərli diabet, tromblaşma kimi ciddi problemlərin yaranmasına səbəb olur. Nəticə etibarilə, bu hallar insanın həyatını risk altına qoyur və ölüm ehtimalını artırır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri