Icma.az
close
up
RU
Hər rus əsgərinə az qala iki dron düşür Polkovnik Ukrayna ordusunun vəziyyətindən DANIŞDI

Hər rus əsgərinə az qala iki dron düşür Polkovnik Ukrayna ordusunun vəziyyətindən DANIŞDI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, Krasnoarmeysk istiqamətində döyüşlər Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə çətin mərhələyə qədəm qoyub.

Ümumiyyətlə, son vaxtlar Rusiyanın hücumlarında aktivlik müşahidə olunur.  Ukrayna bu hücumlar qarşısında tab gətirə biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiya ilə Ukrayna arasında çox amansız döyüşlər gedir:

"Döyüşlərdə gah Rusiya, gah da Ukrayna üstünlük qazanır. Amma Krasnoarmeysk istiqamətində döyüşlərdə Ukrayna silahlı qüvvələri böyük problemlərlə üzləşib. Amma bu o demək deyil ki, Ukrayna silahlı qüvvələri zəifləyir. Rusiyanın hücumları aktivləşdirməklə nəyəsə nail olacağını düşünmürəm, çünki Rusiya 4 ildir hücum edir, amma konkret bir uğur ortalıqda yoxdur. Əlbəttə ki, Ukrayna dirəniş göstərir, artıq yeni silah-sursatlar əldə edib. Hər rus əsgərinə az qala iki dron düşür. Artıq dron müharibəsi gedir, şəxsi heyət öz yerindədir, amma daha çox dronlardan istifadə olunur".

Polkovnikin sözlərinə görə, dronlar Rusiya əsgərlərinə və zabitlərinə, ümumiyyətlə şəxsi heyətə, kolonlarına, logistikasına amansız zərbələr vurur.

"Hazırda havalar da soyuyur. Tərəflərdən biri digərini qışda qazsız, işıqsız, enerjisiz saxlamağa cəhd göstərir. Amma Ukrayna da Rusiyanın xeyli sayda neft emalı zavodunu, irili-xırdalı elektrik stansiyalarını sıradan çıxarıb. Krasnoarmeysk istiqamətində döyüşlər davam edir. Dünən Rusiya prezidenti dedi ki, Ukrayna ordusu mühasirəyə düşüb və o ərazilərə jurnalistləri də buraxmaq olar. İlk dəfədir ki, belə halla rastlaşıram: aktiv döyüş əməliyyatları gedən əraziyə jurnalistlər və ya ictimaiyyət nümayəndələri dəvət olunur. Belə başa düşürəm ki, Rusiyaya təzyiqlər artırılıb, iqtisadi sanksiyalar gücləndirilib ki, Rusiya Ukraynaya qarşı işğalçılıq siyasətini dayandırsın və danışıqlar masasında bu məsələlər danışısın, qərarlar verilsin", - deyə Ü.Cəfərov vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri