İrana nüvə zərbəsi mümkündürmü? Polkovnik radiasiya riskindən DANIŞDI
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər İranda baş verən etiraz aksiyaları fonunda ABŞ rəsmi Tehranı hədələməyə başlayıb. Bu səbəbdən bir çox analitiklər İrana yeni hərbi müdaxiləni istisna etmirlər. Bəzi məlumatlara görə, İrana qarşı mümkün hərbi müdaxilə zamanı nüvə obyektləri yenidən hədəfə alına bilər. Hətta bəziləri İranın nüvə silahı ilə vurulacağını da ehtimal edirlər.
Bəs bu ehtimal nə dərəcədə doğrudur? İrana nüvə bombası atılarsa və ya bu ölkədəki nüvə obyektlərinə zərbə vurularsa, yayılan radiasiyanın Azərbaycana təhlükəsi varmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert, polkovnik Şair Ramaldanov hesab edir ki, İranda nüvə silahının istifadəsi ehtimalı yoxdur:
"İran bəzən bu cür fikirləri özü səsləndirir və ya bəzi açıqlamalar onların adından verilir. Bu isə ilk növbədə, İrana qarşı deyil, daha çox müəyyən başqa ölkəyə yönəlmiş mesajlar xarakteri daşıyır. Hansı ölkə olduğu isə aydındır. Əgər İrana qarşı hər hansı bir nüvə zərbəsi endirilsə, bunun radiasiya təsiri, ilk növbədə, atılan nüvə silahının gücündən və həcmindən asılı olacaq. Hazırda taktiki, operativ və strateji səviyyəli atom bombaları mövcuddur. Mövcud rəsmi məlumatlara görə, İranda hələlik bu formada nüvə silahı yoxdur".
İrana qarşı istər İsrail, istər ABŞ, istərsə də digər hər hansı bir ölkə tərəfindən nüvə silahı tətbiq olunarsa, ilk növbədə, zərbənin hansı əraziyə və Azərbaycandan nə qədər uzaqlığa endirilməsindən asılı olacaq:
"Qısa şəkildə desək, hansı formada tətbiq edilməsindən asılı olmayaraq, bu prosesin təsiri Azərbaycansız keçməyəcək. İranla həmsərhəd olan bütün ölkələr bu təsirləri hiss edəcəklər. Ona görə də hazırda nüvə silahı ilə bağlı bu və ya digər formada proqnozlar vermək o qədər də aktual deyil. Daha aktual olan məsələ odur ki, əgər İranda hər hansı ciddi proseslər baş verərsə və kənar müdaxilələr olarsa, bunun nəticəsində çoxsaylı qaçqın axını yarana bilər. Bu qaçqınların birinci növbədə üz tutacağı ölkələrdən biri də Azərbaycan olacaq".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















