Icma.az
close
up
RU
Natiq Cəfərli: Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronun payına düşür

Natiq Cəfərli: Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronun payına düşür

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadçı Natiq Cəfərli Azərbaycanda yeni iş yerlərinin bölgələr üzrə paylanması ilə bağlı narahatlığını ifadə edib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 79,5 min yeni iş yeri açılıb. Həmin iş yerlərinin 77,3 faizi, yəni təxminən 61,5 mini Bakının payına düşüb. Paytaxtdan kənarda isə cəmi 18 minə yaxın yeni iş yeri yaradılıb.

Natiq Cəfərlinin sözlərinə görə, yeni iş yerlərinin yaradılmasında ikinci yerdə Abşeron rayonu qərarlaşıb. Belə ki, ölkə üzrə yeni iş yerlərinin 6,6 faizi bu rayonun payına düşüb. Beləliklə, yeni iş yerlərinin təxminən 84 faizi Bakı və Abşeronda cəmləşib.

İqtisadçı regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının və bu istiqamətdə ayrılan investisiyaların real nəticələrini sual altına alıb.

O qeyd edib ki, son 25 ildə regionların inkişafına 120 milyard manat investisiya yatırıldığı bildirilir və bu müddətdə dörd regional inkişaf proqramı qəbul edilib.

Buna baxmayaraq, yeni iş yerlərinin böyük hissəsinin paytaxt və ətraf ərazilərdə yaradılması regionların inkişafı ilə bağlı görülən işlərin nəticələrinə dair suallar doğurur.

Natiq Cəfərli Bakıda əhali sıxlığının və paytaxta miqrasiyanın artmasının səbəblərindən birinin də regionlarda iş imkanlarının məhdudluğu olduğunu vurğulayıb.

Onun fikrincə, insanlar iş, sosial və mədəni həyat imkanları daha geniş olduğu üçün Bakıya üz tuturlar. Mövcud tendensiya davam edərsə, qarşıdakı 10 ildə ölkənin regionlarında əhali azalması daha da dərinləşə bilər.

İqtisadçı hesab edir ki, regionların boşalması yalnız iqtisadi və sosial problem deyil, eyni zamanda ölkənin təhlükəsizliyi baxımından da ciddi risk yarada bilər.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri