Icma.az
close
up
RU
“Hər yazılan xəbər doğru deyil”

“Hər yazılan xəbər doğru deyil”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, dekabrın 16-dan etibarən Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” Həftəsi elan olunub. Bu çərçivəsində müxtəlif dövlət qurumları ilə birgə maarifləndirmə kampaniyaları həyata keçirilir. Məqsəd cəmiyyətdə media savadlılığının artırılması, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulmasının təbliğ edilməsidir.

“Qafqazinfo” bu ərəfədə Mətbuat Şurasının sədri Rəşad Məcidlə həmsöhbət olub, müasir medianın problemləri, dezinformasiya, aldadıcı başlıqlı xəbərlərlə mübarizə, sosial medianın yaratdığı xaotik durum və digər məsələlərə toxunub.

R. Məcid bildirib ki, Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası bir yerdə son vaxtlar müxtəlif bölgələrdə tədbirlər keçirir və əsas mövzu media savadlılığıdır: “Yeni media haqqında qanunda da media savadlılığı ayrıca bölmə kimi yazılıb. Bu, ondan irəli gəlir ki, indi media deyəndə təkcə klassik media subyektləri yox, bloqerlər, influenserlər, yutuberlər cəmiyyətə xeyli informasiyalar ötürürlər. Burada istər-istəməz məsuliyyətsiz, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyalar çox olur ki, bu da insalara təsir edir. Ona görə də indi cəmiyyət üzvləri bilmədilirlər ki, hər yazılan xəbərə inanmaq düzgün deyil, hər yazılan xəbər doğru deyil”.

R. Məcidin sözlərinə görə, bu məsələlərlə bağlı Mətbuat Şurasının etik davranış qaydaları var. Bu qaydalarda açıq yazılır ki, xəbərin başlığı ilə mahiyyəti uyğun gəlməlidir: “Təəssüf ki, indi cəlbedicilik naminə belə hallar baş verir, vaxtilə də, bizim qəzetlərdə belə hallar olurdu ki, aldadıcı başlıqlarla oxucu cəlb etmək istəyirdilər. Amma bu cür populyarlıq ötəri, keçicidir. İndi sosial mediada bu cür əslində oxucunu aldadan, yalan informasiya ilə marağını çəkən başlıqlar olur. Son vaxtlar Mətbuat Şurasına sosial media istifadəçilərinin yazdıqlarından, yeni çıxan internet televiziyalardan şikayətlər gəlir. Çoxu ilə söhbət edəndə məlum olur ki, heç medianın mahiyyətindən, hansı prinsiplərin gözlənməli olmasından xəbərdar deyillər. Bu mənada, mən əvvəllər deyirdim ki, əlifbanı öyrənən kimi gedib qəzet açırlar. Çünki hədsiz sayda qəzetlər var idi. Lakin indi heç əlifbanı da öyrənməyə ehtiyac yoxdur, hərə telefonu qabağına qoyub ağlına, ağzına gələni danışır, insanlara təsir edir. Bu baxımdan media savadlılığı çox vacibdir və gündəmdə olan məsələdir...”

Mətbuat Şurasının sədri xəbərdə azyaşlılarla bağlı adların çəkilməsi məsələsinə də toxunub. O bildirib ki, xüsusən kriminal xəbərlərdə bu kimi hallara rast gəlinir: “Mətbuat Şurası bizim media subyektlərində belə hallar olanda onlarla bağlı müraciətlər edir və aradan qaldırılır. Peşəkar jurnalistlərimiz əsasən bu prinsipləri gözləyirlər və burada hansısa məsuliyyətsizliyə yol vermirlər. Amma dediyim kimi, indi cəmiyyətin gözündə bu media və jurnalist anlayışı o qədər genişlənib ki, sosial mediada olan bəzi xəbərləri də medianın xəbərləri kimi qiymətləndirirlər. Bu da qarışıq, xaotik bir dövrdür. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin atdığı addımlar bu məsələdə xeyli dərəcədə normal situasiya yaradıb. Hələ ki, bu proses davam edir. Biz xüsusən sosial medianın fəaliyyəti ilə bağlı narahatıq. Azərbaycanda peşəkar mətbuatın böyük ənənəsi var. Gələn il biz mətbuatımızın 150 illiyini qeyd edəcəyik. Bu ənənəyə əsaslanan peşəkar mediamız üstələyəcək, dezinformasiya yayan medialar sıradan çıxacaq. Dezinformasiya, misinformasiya, bir-birini şərləmək kimi hallara da təəssüf ki, indi bizim mətbuatımızda çox yol verilir. Amma bunun qarşısını vaxtında almalıyıq”.

Gülnar Əliyeva  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see268

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see240

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see239

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see233

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see230

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see223

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see222

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see221

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see204

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see201

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see201

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see200

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see197

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see196

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see195

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see189

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see177

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri