Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Rusiya iki yol ayrıcında: Hərb, yoxsa Sülh?

Rusiya iki yol ayrıcında: Hərb, yoxsa Sülh?

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiyanın gerbində üstünlük təşkil edən ikibaşlı qartal Bizans imperiyası ilə tarixi əlaqəni ifadə etməkdən tutmuş geniş ölkənin şərq və qərbə yayımını səciyyələndirməyə qədər bir çox məna daşıyır. Rusiya və Ukrayna arasında İstanbulda keçirilən son görüşdən və Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla sonrakı telefon danışığından sonra qartalın iki başı həm də ölkənin iki ağlını xatırladır; bu iki ağıl ölkəni əks istiqamətlərə çəkir və potensial olaraq onu parçalayır.
Reyting.az
xəbər verir ki, bu barədə “Project Syndicate” saytı yazıb.
Təhlilin müəllifi keçmiş SSRİ lideri Nikita Xruşşovun nəvəsi Nina Xruşşova qeyd edir:
Putin, nəhayət, Ukrayna müharibəsində üstünlüyü təmin edib. Rusiya qoşunları 2022-ci ilin sentyabrında Rusiyanın özününkü olduğunu iddia etdiyi rayonlara: Donetsk, Xerson, Luqansk və Zaporojyeyə tam nəzarəti ələ keçirmək istiqamətində (etiraf etmək lazımdır ki, yavaş) irəliləyir. Ölkə buna misli görünməmiş sanksiyalara və Qərbin Ukraynaya çoxlu milyardlarla dollar dəstəyinə baxmayaraq, hələ ki nail olur. Bununla da Putin Qərbə və istənilən rəqibə açıq mesaj göndərib: Rusiyanı heç vaxt səhv qiymətləndirməyin!
Üstəlik, döyüşü bitirmək üçün heç vaxt bundan münasib vaxt olmayıb!
Bununla belə, keçən həftə İstanbulda iki tərəf arasında müharibə başlayandan bəri keçirilən ilk birbaşa danışıqlarda Rusiya nümayəndə heyəti Ukraynanın qəbul etməyəcəyinə əmin olan sərt tələblər siyahısı açıqlayıb və onu “sonsuza qədər müharibə aparacağı” ilə hədələyib. Unutmayın, nümayəndə heyətinin rəhbəri soyuqqanlılıqla qeyd edib ki, Rusiya 1700-cü illərdə İsveçlə 21 il vuruşub.
Danışıqlar cəmi bir neçə saatdan sonra başa çatdıqda isə Rusiya birjası çöküb, bu da investorların açıq-aşkar qınağına tuş gəlib.
Mayın 19-da Putin Trampla 2 saatlıq söhbətdə öz nümayəndə heyətinin tələblərini mahiyyətcə təsdiqləyib. Lakin o və Tramp hələ danışarkən, investorlar ümidverici nəticəyə nikbin baxaraq, bir dolları 78 rubl səviyyəsində proqnozlaşdırırdılar (son vaxtlara qədər 100-dən çox idi).
Sadə rusların əksəriyyəti də müharibənin bitməsini istəyir. Doğrudur, çox az adam açıq şəkildə sülhə çağırış etməklə həbs riskinə məruz qalmağa cəsarət edir.
Müstəqil “Levada” Mərkəzi bildirir ki, əhalinin təxminən üçdə ikisi hərbi əməliyyatların davam etməli olduğunu düşünür, 48 faizi isə müharibəni ən pis qorxu sayır. Rusların 47 faizə qədəri Ukrayna müharibəsinin xeyirdən çox zərər verdiyini düşünür.
İllərdir davam edən müharibə və sanksiyalar Rusiyada həyatı daha da pisə doğru dəyişib. İnsanların əmanətləri var idi, amma bu gün əllərinə düşəni xərcləyir, hətta kredit götürürlər.
“Romir” araşdırma firmasının məlumatına (sorğu mayın 5-dən 11-dək keçirilib) görə, orta rus ailəsi ərzaq və gündəlik mallara 8098 rubl (100,29 ABŞ dolları) xərcləyib. Halbuki 2023-cü ilin eyni həftəsində bu rəqəm 6080 rubl olub.
Bu artım təkcə Rusiyanın müharibə başlayandan bəri yaşadığı yüksək inflyasiyanı deyil, həm də gələcəklə bağlı qeyri-müəyyənliyi göstərir. İnsanlar sabahın necə olacağından o qədər qorxurlar ki, bu gün mümkün qədər yaxşı yaşamağa çalışırlar.
Amma “mümkün qədər yaxşı” yaşamaq yaxşı yaşamaqla eyni şey deyil. Məzuniyyəti düşünün. Yerli turizm əksər rusların yeganə variantıdır, xarici səyahətlərə qarşı sərt sanksiyalar nəzərə alınmaqla, rublun zəifliyindən bəhs etmirəm. Məşhur istirahət məkanı olan Qara dəniz sahil xətti ağır mazut qatıyla örtülüb. Təəccüblü deyil ki, avtokratiyalarda həmişə etibarsız olan rəsmi rəy sorğuları göstərir ki, rusların yalnız 40 faizi yaxın bir neçə ildə həyatlarının yaxşılaşacağına inanır.
Bundan başqa, hərbi xidmətə çağırış haqqında bir neçə kəlmə danışmaq ehtiyacı var. Putin iddia etməyi xoşlayır ki, Ukraynadan fərqli olaraq, Rusiyanın döyüşə göndərilməsi üçün insanları küçələrdə tutmağa ehtiyac yoxdur; guya hər ay döyüşmək üçün hərbi komissarlıqlara gələn 50,000-60,000 könüllü var. Lakin bu “könüllülər” əslində, Kremldən regional liderlər tərəfindən pul alır və ya müharibəyə getməyə məcbur edilirlər.
Regional liderlər müharibə yorğunluğunun başladığını çox yaxşı anlayırlar. Rusiyanın Uzaq Şərqindəki Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako son müsahibəsində bunu etiraf edib. O qeyd edib ki, müharibəyə sərf olunan külli miqdarda vəsait insanların həyatını yaxşılaşdırmaq əvəzinə, xalqın narazılığını daha da artırır.
Kojemyakonun şərhləri göstərir ki, Ukrayna müharibəsi üçün aparıcı əsgər tədarükçüsü olan region artıq Kremlin işçi qüvvəsi tələbi ilə ayaqlaşa bilmir.
Kreml o ikibaşlı qartal kimi ziddiyyətli qalır. Ukrayna müharibəsinin sona çatması Putinə dəstəyi gücləndirən eyforiya dalğasına səbəb ola bilər. Ancaq sülh razılaşması çox tez olarsa, bu eyforiya 2026-cı ilin sentyabrında keçiriləcək parlament seçkilərinə qədər dağıla, əvəzində Rusiya iqtisadiyyatının acınacaqlı vəziyyətindən və əksər rusların rifahının aşağı düşməsindən narazılıq yarana bilər.
Rusiya liderləri - Putindən tutmuş regional qubernatorlara qədər - seçicilərini həyatın sərt üzündən yayındırmaq üçün artıq xarici təhdidlərdən istifadə edə bilmədikdə asayişi (və öz mövqelərini) necə qoruyacaq?
Hələlik hakim partiya olan “Yedinaya Rossiya” gələnilki seçkilər üçün özünü necə ən yaxşı mövqedə tutacağını müzakirə edir: davam edən müharibə fonunda vətənpərvərlik hissini möhkəmləndirməyə çalışan “qələbə partiyası” və ya döyüşü qəhrəmancasına başa vuran “sülh və inkişaf partiyası” kimi? Ancaq bu, ağıllı seçki hesablamalarına uyğun gəlməyə bilər. Putin üçün istənilən sülh sazişi - nə qədər sərfəli olsa da, zəiflik deməkdir. Çünki Böyük Dövlət danışıqlar aparmır, o, ram edir.

Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri