Icma.az
close
up
RU
“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” Neftçalanın Qara Yanvarı AZƏRTAC

“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” Neftçalanın Qara Yanvarı AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Neftçala, 25 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC

1990-cı ilin Yanvar hadisələri. Sovet qoşunları Bakıdakı qırğınlardan sonra bölgələrdə də qətliam törətdilər. Yanvarın 25-də Neftçala rayonuna ağır texnikalar yeridildi, əliyalın insanlar öldürüldü, günahsız insanlara işgəncələr verildi. Həmin gün rayonun 2 sakini şəhid oldu, 10-dan çox insan güllə yarası aldı, 50 nəfər həbs edilərək Bakıya aparıldı.

AZƏRTAC xəbər verir ki, yanvarın 25-də axşam sovet hərbçiləri rayon mərkəzinə irəliləyərək əliyalın insanlara atəş açır, binaları gülləbaran edirdilər. Torpaqlarımızın işğalına göz yuman sovet rəhbərliyinin məkrli siyasətinə qarşı çıxan silahsız insanların üzərinə sovet əsgərləri tanklarla, BTR-lərlə gedərək, yoldan ötənləri güllələyir, döyür, vurur, əzirdilər.

Sovet əsgərlərinin törətdiyi qətliamda şəhidlik zirvəsinə yüksələnlərdən biri də Nurəddin Ağahüseynovdur. Yanvarın 25-i axşamüstü öz avtomobili ilə işdən evə qayıdan Nurəddin Neftçalanın mərkəzində tanklarla hərəkət edən sovet əsgərləri ilə qarşılaşır. Azğınlaşmış sovet ordusu onu avtomobilində güllə atəşinə tutur. Başından və bədənindən ağır güllə yaraları alan Nurəddini sakinlər xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmur. Şəhidin həyat yoldaşı Şirmayı xanım deyir ki, Nurəddinin şəhid olması xəbərini onun harayına çatan yerli sakinlərdən eşidib: “Axşam saat 6-7 olardı. Deyildi ki, hərbçilər Neftçalanın mərkəzində insanları güllələyirlər. Kiçik qızımla küçəyə çıxdım. Qonşunun həyətində Nurəddinin adının çəkildiyini eşitdim. Orada eşitdim ki, Nurəddin həlak olub. O, univermağın qabağında güllə ilə vurulubmuş. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Sovet hərbçiləri müqavimət göstərənlərə daha ağır işgəncələr verirdi. Neftçalada bu amansızlığa qarşı çıxan qəhrəmanlardan biri də Əbülfəz Cəfərov olub. Bir çoxları kimi Əbülfəz də öz həyatını düşünməyib, yaralıları sovet əsgərlərinin pəncəsindən alıb uzaqlaşdırıb. Əbülfəz neçə-neçə insanın həyatını xilas etsə də, özü şəhid olub. O günləri şəhidin qardaşı Müşfiq Cəfərov belə xatırlayır: “Əsir götürülərək işgəncə verilənlərdən biri də qardaşım olub. Burada hərbi hissə var idi. Dayandığımız bu tikili hərbi hissənin hamamı olub. İndi dağılıb. Qardaşımı bura 7 güllə yarası ilə gətirmişdilər. Yaralı olmağına baxmayaraq, sovet hərbçilərinə müqavimət göstərirmiş. Hərbçilər görüblər ki, barmağında üzük var, barmağını kəsib nişan üzüyünü götürüblər. Hərbi hissənin zabitləri onu güllələyəndən sonra əl-ayağını sındırıb, işgəncə ilə öldürüblər. Hərbçilər qardaşımı vertolyota mindirib dənizə atmaq istəyiblər. Pilot gürcü olub, o, dənizə atmağa qoymayıb və qardaşım vertolyotda dünyasını dəyişib”.

Yanvar hadisələrində əlil olan Fərman Hüseynovla söhbət edirik. Deyir ki, sovet qoşunları Neftçala şəhərində insanlarla yanaşı, binaları da güllə yağışına tuturdu. Həmin binalarda indi də 35 ilin acı günlərinin izi qalır: “Günahsız insanlara, qaçana, yıxılana baxmırdılar. Hər tərəfə necə gəldi atəş açılırdı. Qarşılarına çıxanı döyür, əzir, maşınların üstündən keçirdilər. Sovet hərb maşını həmin gün rayonumuzda böyük cinayət aktı törətdi”.

Bildirir ki, Azərbaycan xalqı artıq oyanmışdı, baş verənlərin fərqində idi. Ona görə də haqq-ədalət uğrunda mübarizədən geri çəkilmədi. “Bu xalq 44 günlük savaşda da öz mərdliyini, birliyini göstərdi. Ermənistanın işğalı altında olan torpaqlarımız azad edildi. Bu gün üçrəngli bayrağımız Şuşada, Xankəndidə qürurla dalğalanır. Bütün bunlar xalqımızın böyüklüyünü göstərir. 1990-cı ilin Yanvar hadisələrində bir olan xalqımız 2020-ci ildə də Müzəffər Ali Baş Komandanımızın ətrafında birləşərək, bir yumruq tək düşmənin başını əzdi, əzəli torpaqlarımız azadlığına qovuşdu”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri