Hərbçilərin törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərin təhqiqatı qaydası dəyişib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləsinə əlavə edilən yeni - 214.4-1-ci maddədə əksini tapıb.
Bununla əlaqədar hərbi məhkəmələrin baxdığı işlər siyahısına məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar daxil edilib.

Hərbçilərin törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərin təhqiqatı qaydası dəyişir
22 Aprel 2025 13:24
Hərbçilərin törətdiyi ictimai təhlükə törətməyən cinayətlərin təhqiqatı qaydası dəyişir
16 May 2025 12:18
Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı MÜHÜM XƏBƏR
17 Aprel 2025 17:03
Hərbçilərin törətdiyi cinayətlərlə bağlı yeni QANUN
16 May 2025 13:28

