Icma.az
close
up
RU
Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır

Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Dünyadakı proseslər, xüsusilə nüvə sahəsində baş verənlər nüvə eskalasiyası yaradır. Bu, dünya və insanlar üçün xoş olmayan və təhlükəli prosesdir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə ABŞ prezidenti Donald Trampın Pentaqona təcili nüvə sınaqlarına başlamaq əmri verməsini şərh edərkən deyib.
Hərbi ekspert bildirib ki, nüvə eskalasiyasına ilk olaraq Rusiya başlayıb. Onun sözlərinə görə, həm Rusiya prezidenti Vladimir Putin, həm də Rusiya Təhlükəsizlik Şurasının üzvü Dmitri Medvedev tez-tez Qərbi nüvə silahı ilə təhdid edib.
“Rusiya bu yaxınlarda “Burevestnik” raketini də sınaqdan keçirib. Kremlin təbliğatını aparan media bunu yüksək silah kimi xarakterizə edib, ona nüvə başlıqlarının yerləşdirilməsi haqda fikirlərə yer verib. Nəzərə almalıyıq ki, “Burevestnik” raketi nüvə başlığı olmadan belə nüvə reaktoru enerjisi ilə uçur. Yəni nüvə enerjisi onun hərəkətlənməsinə və uçmasına səbəb olur. Bu o deməkdir ki, raket hətta nüvə başlığı olmadan uçursa harasa düşməlidir və bu zaman nüvə enerjisi ilə işlədiyinə görə, kiçik partlayış olacaq. Qısası, bu, bir növ uçan Çernobıldır”,- deyə A. İsazadə əlavə edib.
Hərbi ekspert xatırladıb ki, bu raketdən öncə ruslar “Oreşkin” adlı nüvə başlığı daşıya biləcək raketi təqdim ediblər: “Hətta bu raket nüvə başlığı qoyulmadan Ukrayna şəhərlərinə atılıb. Düzdür, raket ümumilikdə uğursuzdur, amma nüvə başlığı daşıya biləndir. Bütün bunlar göstərir ki, Moskva daha çox nüvə termininə müraciət edib və eskalasiyanı tətikləyib”.
A. İsazadənin fikrincə, bütün bunlardan sonra ABŞ prezidentinin Pentaqona nüvə sınaqları keçirməklə bağlı göstəriş verməsi açıq mesajdır.
Müsahibimiz qeyd edib ki, buna qədər Rusiya nüvə silahı ilə dünyanı şantaj edir, hədə-qorxu gəlirdi. Donald Tramp isə bu addımı ilə Rusiyaya “bizə xox gələ bilməzsən, nə imkanın varsa, buyur, sınaqdan keçir”,- deyir.
“Amma bütün bunlarla yanaşı dünyada nüvə eskalasiya inkişaf edir. Məsələn, bir müddət əvvəl Böyük Britaniya elan etdi ki, əgər müharibə başlayarsa, Almaniyanı nüvə çətiri altına alacaq və müdafiə edəcək. Eyni zamanda, Fransa bildirdi ki, Avropanı nüvə çətirinə daxil edəcək. Biz görürük ki, nüvə dövləti olan İsrail Qəzzada müharibə aparır. Nüvə başlıqları olan Hindistan və Pakistan arasında konflikt var, daima hərbi baxımdan üz-üzə gəlirlər. Şimali Koreya tez-tez raket sınaqları keçirir, İran isə nüvə texnologiyasını inkişaf etdirmək proqramından əl çəkmir. Zahirdə sakit duran Çindir, amma o da öz nüvə texnologiyasını daima sazlayır. Qısası, BMT-ni yaradan nüvə dövlətləri indi dünyada nüvə eskalasiyası ilə məşğuldur. Təssüflər olsun ki, bu, bəşəriyyəti yaxşı istiqamətə aparmır”,- deyə A. İsazadə yekunlaşdırıb.
Nemət ORUCOV
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri