Icma.az
close
up
RU
Hərbi ekspert: Yanvar fevral aylarında döyüşlər şüddətlənəcək

Hərbi ekspert: Yanvar fevral aylarında döyüşlər şüddətlənəcək

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“ABŞ prezidenti Donald Tramp Rusiyaya münasibətdə ritorikasını dəyişərək Ukraynanın tərəfinə keçib. Lakin ağıllı insanlar anlayır ki, Trampın “ipinin üstünə odun ylğmaq” olmaz, o, stabil mövqeyə malik deyil. Yəni iki günün ərzində yenidən fikrini dəyişə bilər”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Onun sözlərinə görə, Avropa əvvəldən Ukraynanı dəstəkləyir, müdafiə edir. İndiki reallıqda isə ABŞ siyasətində də dəyişiklik baş verir. “Biz gördük ki, “Valday” konfransında Rusiya prezidenti daha çox Avropanı tənqid etsə də, ABŞ-nın bostanına çox da “daş” atmadı. Çünki Rusiyada ümid var ki, Tramp yenidən danışıqlar məsələsinə qayıda və Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün müzakirələrin alternativi olmadığını elan edə bilər. Zənnimcə, indi Rusiya buna ümid bağlayır”,- A. İsazadə əlavə edib.
Hərbi ekspert xatırladıb ki, bundan əvvəl ABŞ-nın vitse-prezidenti Vens Rusiyanın dərinliklərinə çata biləcək raketlərin Ukraynaya verilməsi məsələsinin Tramp tərəfindən nəzərdən keçirildiyini vurğulayıb.
A. İsazadə bildirib ki, hazırda Ukraynanın müdafiəsi zəif deyil: “Ölkə müqavimətini yüksək səviyyədə davam etdirir. Trampın prezidentliyə qayıtdığı ilk dövrlərdə Ukraynanın müdafiəsi daha zəif idi. Ona kəşfiyyat məlumatları və digər dəstək kəsilmişdi. Yəni o dövrlə müqayisədə Ukraynanın hərbi imkanları və müqavimət potensialı indi daha çoxdur”.
Hərbi ekspert söyləyib ki, 2025-ci ildə Ukrayna müharibəsinin dayandırılma ehtimalı yoxdur: “Dünəndən Donbas istiqamətində yağışlar başlayıb. Bu o deməkdir ki, hücum cəhdləri zəifləyəcək. Yağış və palçıq həm hücum, həm də müdafiə üçün çətinliklər yaradacaq. Ehtimal edirəm ki, yanvar-fevral aylarında torpaq nisbətən donacaq və bu zaman hücum yenidən şiddətlənə bilər”.
A. İsazadə bu il üçün sülh hərəkətlərini aşağı sayır: “Nəzərə almaq lazımdır ki, Rusiyada da vəziyyət gərgindir. Bu gün gözə görünməyən hansısa bir amil bir ay sonra Rusiyada və ya Ukraynada böyük problemə çevrilər və müharibəyə bilavasitə təsir göstərə bilər”.
İsazadə sonda əlavə edib ki, yox, əgər hər şey indiki kimi davam edərsə, bu zaman tərəflər uzun müddət döyüşməli olacaqlar.

Nemət ORUCOV
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri