Icma.az
close
up
RU
Hərbi prokuror Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüşdü

Hərbi prokuror Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüşdü

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar hərbi prokuror Xanlar Vəliyev Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.

Hərbi Prokurorluqdan Modern.az-a bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DİN-in Daxili Qoşunlarının yüksəkrütbəli hərbi qulluqçularının Quba rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidələri önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Daxili Qoşunlar komandanının müavini, general-mayor İnqilab Muradov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandıran dünyaşöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli dərin islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən danışıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından söz açılıb.

Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədən Azərbaycanda keçirilmiş COP29-un mahiyyətindən, əhəmiyyətindən və uğurlu təşkilindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri