Hərbi qulluqçularla bağlı MÜHÜM DƏYİŞİKLİK
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Təqdim olunan layihədə nəzərdə tutulan dəyişikliklər mövcud hüquqi təcrübənin dəyişdirilməsinə və bu sahədə müvafiq müəyyənliyin təmin edilməsinə yönəlib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, layihə Azərbaycan qanunvericiliyinin müxtəlif sahələrində, o cümlədən hərbi qulluqçularla bağlı hüquqi tənzimləmələrdə dəyişikliklərin edilməsini nəzərdə tutur.
A.Nağıyev qeyd edib ki, layihədə hərbi qulluqçuların gəlirlərinin gəlir vergisindən azad edilməsi ilə bağlı müddəaların, həmçinin bir sıra aidiyyəti orqanların əməkdaşlarının fəaliyyəti və xidmət keçməsi ilə bağlı hüquqi məsələlərin dəqiqləşdirilməsi təklif olunur.
Deputatın sözlərinə görə, dəyişikliklər hərbi qulluqçuların təyinatı, təminatı və digər hüquqi məsələlərin tənzimlənməsində mövcud praktikanın təkmilləşdirilməsinə xidmət edir.
O vurğulayıb ki, layihə bu sahədə hüquqi müəyyənliyin təmin edilməsi və Azərbaycan qanunvericiliyinin mövcud prinsiplərinə uyğunlaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















