Icma.az
close
up
RU
Hərbi sirlər ƏLƏ KEÇİRİLDİ FOTO

Hərbi sirlər ƏLƏ KEÇİRİLDİ FOTO

Icma.az, News24 portalına istinadən məlumat verir.

“Son vaxtlar Çinin texnoloji uğurlarına dair xəbərlər intensivləşib. BYD ilə “Tesla”, “Huawei” ilə “Apple” və “Nokia”, “TikTok”la “Instagram”, DJI ilə digər dron istehsalçıları, nəhayət “DeepSeek” ilə “Open AI” müqayisə olunur. Çin şirkətlərinin rəqabətdə önə keçdikləri bildirilir. Çinin uğurunun səbəblərindən biri, bəlkə də birincisi vizyondur, irəlini görməkdir”.

News24.az medianews.az-a istinadla xəbər verir ki, bu barədə ADA Universitetinin müəllimi, təhsil üzrə ekspert Yalçın İslamzadə bildirib.

O qeyd edib ki, vaxtilə Çin ABŞ hərbi sənayesinin sirlərini ələ keçirib.

Ekspertin sözlərinə görə, hətta bu barədə sənədli film də çəkilib: “Bir məsəl var, tanınmış el həkimi deyir ki, “Məni bütün ölkə tanıyır, çünki ən pis vəziyyətdəki xəstələri xilas edirəm. Ortancıl qardaşımı bütün əyalət tanıyır, çünki xəstələnən, ancaq ağır vəziyyətdə olmayanları müalicə edir. Böyük qardaşım ancaq öz şəhərində tanınır, çünki xəstəlik ortaya çıxmadan diaqnoz qoyub yaranmasına mane olur. Ən az o tanınsa da, məncə ən yaxşı həkim odur”. Bu mənada Çinin təhsil və iqtisadiyyatına dair yazılanlardan ikisi diqqətimi xüsusi çəkib. Birincisi, keçən əsrin əvvəllərində təhsili modernləşdirəndə Çin klassiklərinə dair məzmunu xeyli azaldıb, ixtisar ediblər. Əlavə saatları təbiət fənlərinə veriblər. İkincisi, strateji sənəddə “2050-ci ilə qədər modernizmin əsas şərtlərini reallaşdırmaq” məqsədi müəyyən olunub”.

Y.İslamzadə Çinin sənaye casusluğuna da diqqət çəkib: “2005-ci ildə Çin supermüasir sualtı qayıq istehsal edib və bu, ABŞ-də ciddi təşviş yaradıb. Amerikalılar düşünüblər ki, Çinin bu sahədə bu dərəcədə “high-tech” uğurlar əldə etməsi mümkün deyil. Nəticədə, qərara gəliblər ki, Çin Amerikanın hərbi sənayesinin sirlərini ələ keçirir. Beş illik araşdırmadan sonra Müdafiə Nazirliyinin müqavilə üzrə tərəfdaşı olan bir şirkətdə çalışan iki çinli mühəndisi nəzarətə götürüblər. Bu barədə hazırlanan sənədli filmdə tavandakı çilçırağa yerləşdirilən gizli kamera çəkilişindən görünür ki, sistematik olaraq sənədləri və çertyojları elektronlaşdırır, sonra “qardaşoğluna” veriblər. O da Honq Konqa uçub lazımi şəxslərə çatdırıb”.

Təhsil ekspertinin qənaətincə, vizyon bundadır ki, həmin “ailə” 1980-cı illərin sonunda məhz bu məqsədlə ABŞ-yə göndərilmiş elektronika mühəndisləri – sənaye casusları olublar: “Onlar səbirlə, uzun karyera irəliləyişindən sonra lazımlı məlumatları əlçatan edəcək mövqeyə çatıblar. Çin bütün sahələrdə ciddi uğurlar əldə edir, ABŞ-də müəllimlər maaşları az olduğu üçün pedaqoji fəaliyyətdən uzaqlaşır, rəsmi Vaşinqton dünyanın müxtəlif coğrafiyalarını bombalamağa bəhanə axtarır, bu məqsədlə müdafiə sənayesi şirkətlərinə milyardlarla vəsait transfer edir. Uzaq Şərq idman növləri gənclərə özünümüdafiəni, nizam-intizamı, sağlam həyat tərzini öyrətməklə bərabər, “nəzarətsiz güc güc deyil” fəlsəfəsi də aşılayır. Təbii ki, təlimlərdə bu nüansa xüsusi diqqət yetirilir. Bizdə isə adətən işin mahiyyət və fəlsəfəsinə diqqət etmədən mexanikləşdirilmiş təlimlərə üstünlük verilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Yanvar 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri