Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Hərbi xidmətdən məzuniyyətə gələn gizir yeyib içdiyi dostunu döyə döyə öldürdü

Hərbi xidmətdən məzuniyyətə gələn gizir yeyib içdiyi dostunu döyə döyə öldürdü

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda 40 yaşlı dostunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Sərxan Əliyevin məhkəməsi başa çatıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə,  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsinin mühafizə taborunun 2-ci mühafizə taqımının 3-cü manqasının atıcısı vəzifəsində, ədliyyə kiçik giziri hərbi rütbəsində xidmət etdiyi müddətdə, 12 sentyabr 2022-ci ildən etibarən Penitensiar Xidmətin Bakı şəhəri ərazisində yerləşən mühafizə alayının atıcı taqımında ezamiyyətdə olub. 
O, iş vaxtından sonra, 26 aprel 2024-cü ildə, gecə saat 23 radələrində yaşadığı Abşeron rayonunun Məmmədli kəndində Hüseyn Rəhmanov küçəsində yerləşən “Xəngəlabad” kafesində tanışı Zaur Seyfullayev ilə birlikdə spirtli içki qəbul edib. 
Daha sonra Sərxan Zaurun onun ünvanına nalayiq ifadələr deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zaurun sifət nahiyəsinə bir yumruq zərbəsi vurub. Orada olan şəxslər onları ayıraraq mübahisənin davam etməməsi üçün Zaur Seyfullayevi kafedən çölə çıxararaq yaşadığı evə yola salıblar. 
Bir qədər sonra, yəni aprelin 27-də, gecə saat 01:10-da Sərxan digər tanışı ilə birgə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsi ilə evlərinə gedərkən Zaurla rastlaşıb. 
Bu zaman onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Zaur Sərxana ünvanlanmış şəkildə “mənə nəyi yedizdirəcəksən” deyə soruşub, onun  ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə ona yumruq zərbəsi ilə vurmaq istəyib. 
Lakin Sərxan zərbədən yayınaraq geriyə doğru çəkilib və bu səbəbdən Zaur Seyfullayev müvazinətini itirərək yerə yıxılıb. 
Daha sonra Sərxan yerdə olan Zaur Seyfullayevin baş nahiyəsinə yumruq zərbələri ilə vurmağa başlayıb. Lakin Zaur sərxoş olduğu üçün Sərxana fiziki müqavimət göstərmək iqtidarında olmayıb. 
Buna baxmayaraq Sərxanın və ailə üzvlərinin ünvanına durmadan ağır söyüşlər söyməyə davam edib. Beləliklə onlar bir-birilərinə qarşı zor tətbiq edərək dava etməyə başlayıblar. Təxminən 30-35 dəqiqə ərzində müxtəlif vaxt aralıqları ilə dava etdikləri zaman Sərxan Zaur Seyfullayevin bədəninin müxtəlif nahiyələrinə, yəni, qarın, sinə, baş, sifət, boğaz nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurub. 
Bütün bunlara baxmayaraq, Zaur Seyfullayev yenə də Sərxana qarşı söyüşlər söyməyə davam edib. Sərxan isə bundan daha da qəzəblənib və Zaur Seyfullayevə çoxsaylı bədən xəsarətləri yetirməsindən kifayətlənməyib. Onun sərxoş halda yerdə uzanmış vəziyyətdə olmaqla fiziki olaraq müqavimət göstərmək imkanını qismən itirməsindən istifadə edərək onu boğmaqla öldürmək qərarına gəlib. 
Bu məqsədlə Sərxan Zaur Seyfullayevin həyatı və sağlamlığı üçün real təhlükə törətdiyinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görsə də, buna əhəmiyyət verməyib. Sərxan öz cinayətkar hərəkətlərini davam etdirməklə köməksiz vəziyyətdə olan Zaurun boğazından hər iki əli ilə sıxıb, onun nəfəs ala bilməməsi üçün bir neçə dəqiqə həmin vəziyyətdə saxlamaqla boğub. Bunun nəticəsində Zaur ölüb. 
İstintaq orqanı tərəfindən Sərxan Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sərxan Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini istəyib. 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların verdiyi şikayət təmin olunmayıb, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri