Icma.az
close
up
RU
Hərbi xidmətdən möhlət alan şəxslər Qanun nə deyir? VİDEO

Hərbi xidmətdən möhlət alan şəxslər Qanun nə deyir? VİDEO

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanda hərbi xidmətə getmək üçün vətəndaşlar 18 yaşından 30 yaşınadək olan dövrdə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu hərbi xidmətdən möhlət almaq hüququ olan şəxslərlə bağlıdır.

Kimlərə hərbi xidmətdən möhlət verilir?

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət əsasən üç hala görə - ailə, sağlamlıq vəziyyətinə görə, həmçinin təhsili davam etdirmək üçün verilir.

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət aşağıdakı şəxslərin himayəsində olan çağırışçılara verilir:

Başqa övladı olmayan və 81-100 faiz funksional pozuntuya görə əlilliyi müəyyən edilmiş ata və ya anası olanlara;

Üç və daha çox uşağı olanlara;

81-100 faiz funksional pozuntuya görə əlilliyi müəyyən edilmiş arvadı olanlara;

Səkkiz yaşınadək üç və daha çox uşağı olan, ailəsində ana və ya ata olmayan şəxslərə;

18 yaşınadək, yaxud 81-100 faiz funksional pozuntuya görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacısı olan və onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslərə.

Ailə vəziyyətinə görə möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər möhlət hüququnu itirməyən şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilir və ehtiyata keçirilirlər.

Burada "qardaş və ya bacını saxlaya biləcək başqa ailə üzvləri" dedikdə, həmin şəxsin maddi və mənəvi yardıma ehtiyacı olan qardaşına və ya bacısına qayğı göstərmək və onları saxlamaq üçün real imkanı olan digər qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.

Tibbi müayinədə müvəqqəti olaraq hərbi xidmətə yararsız sayılan şəxslərə sağlamlıq vəziyyətinə görə möhlət verilir.

Bu möhlət ümumilikdə üç ilədək verilə bilər və hər dəfə bir ildən çox olmur. Üç ildən sonra şəxs sağlamlıq vəziyyətinə uyğun olaraq hərbi xidmətə çağırılır, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılaraq hərbi qeydiyyatdan çıxarılır və ya dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı sayılaraq ehtiyata keçirilir.

Təhsil alan çağırışçılara hər təhsil pilləsi üzrə yalnız bir dəfə möhlət verilir.

Tam orta təhsil - 20 yaşadək.

Peşə təhsili (tam orta təhsil almayanlar) - 20 yaşadək.

Orta ixtisas təhsili (tam orta təhsil almayanlar) - 21 yaşadək.

Bakalavriat - təhsil bitənədək (ən çox 24 yaşadək).

Magistratura - təhsil bitənədək (ən çox 26 yaşadək).

Tibb və rezidentura, doktorantura - təhsil bitənədək.

Doktoranturaya qəbul imtahanının ilk mərhələsindən keçənlərə üç ay möhlət verilir.

Təhsil pilləsini bitirənlərə növbəti bakalavriat və ya magistraturaya qəbul imtahanında iştirak üçün üç ay möhlət verilir.

Dövlət proqramları və hökumətlərarası təqaüd proqramları ilə xaricdə oxuyanlara təhsil bitənədək möhlət verilir. Növbəti təhsil pilləsinə qəbul üçün isə altı ay əlavə möhlət nəzərdə tutulur.

Təhsil haqqında sənəd vaxtında təqdim edilməzsə, şəxs ümumi qaydada hərbi xidmətə çağırılır.

Ali məktəbdən xaric olunan şəxs altı ay ərzində bərpa olunmazsa, möhlət hüququnu itirir.

Möhlət verilmiş, lakin hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşadək hərbi xidmətə çağırıla bilərlər.

Xaricdə təhsil sənədləri, istisnalar nəzərə alınmaqla, leqallaşdırılmalı və ya apostillə təsdiqlənməli, Azərbaycan dilinə tərcümə olunaraq notariat qaydasında təsdiqlənməlidir.

Təkrar təhsil alanlara bəzi təhsil üzrə möhlət qaydaları şamil edilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri