Icma.az
close
up
RU
Hərbi Zəfərdən yeni strateji diplomatik qələbələrə... Millət vəkili

Hərbi Zəfərdən yeni strateji diplomatik qələbələrə... Millət vəkili

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi qlobal səviyyədə tarixi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilir. Azad edilmiş ərazilərdə sabitliyin bərpası, qanuni idarəetmə sisteminin möhkəmləndirilməsi və əhalinin təhlükəsizliyinin təmin edilməsi dövlətimizin qətiyyətli və məqsədyönlü siyasətinin nəticəsi olmuşdur. Eyni zamanda, bu proses milli birlik və həmrəyliyin bariz ifadəsi kimi çıxış etmiş, vətəndaşların sülh, əmin-amanlıq və davamlı inkişaf şəraitində yaşaması üçün möhkəm zəmin yaratmışdır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Millət vəkili bildirir ki, 2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktına baxmayaraq, post-müharibə dövründə Qarabağda 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri qalmaqda davam edirdi.

"Üçtərəfli bəyanatın müddəalarına görə, bu qüvvələrin tərksilah edilməsi həyata keçirilməli idi. Lakin erməni separatçıları bölgədə təxribatlar törətməkdə, silahlanma prosesini davam etdirməkdə və qondarma “parlament” vasitəsilə Azərbaycanın əleyhinə qanunsuz bəyanatlar verməkdə davam edirdilər.

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsi Azərbaycan ərazisində qanunsuz silah daşınmasının qarşısını alaraq ərazidə sabitliyin təmin olunmasına mühüm töhfə vermişdir. Eyni zamanda, məntəqə bölgədə təhlükəsizlik və nəzarət imkanlarının davamlı olaraq gücləndirilməsinə xidmət etmişdir.

Azərbaycanın əsas məqsədlərindən biri mülki əhalinin təhlükəsizliyini təmin etmək və bölgədə sülh şəraitini bərqərar etmək idi. Bununla əlaqədar antiterror əməliyyatının planlaşdırılması zamanı hərbi birləşmələrə xüsusi tapşırıq verilmiş, mülki şəxslərin zərər görməməsi və qadın, uşaq, qocalar və fiziki məhdudiyyətli şəxslərin qorunması təmin edilmişdir. Azərbaycanın Müdafiə Nazirliyi əhaliyə məlumatlandırma mesajları göndərmiş və səsgücləndirici vasitələrlə onları hər hansı təxribatdan qorumuşdur.

2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən anterror tədbirləri cəmi 23 saat 43 dəqiqə davam etmiş və qısa müddətdə əhəmiyyətli nəticələr vermişdir. Qeyri-qanuni erməni silahlı qüvvələri silahı yerə qoyaraq təslim olmuş,  Azərbaycan ərazilərini tərk etmişdir. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi azad edilmiş, düşmən ciddi canlı və texniki itkilərə məruz qalmışdır. Belə ki, şanlı ordumuzun dəqiq zərbələri ilə tanklar, artilleriya qurğuları, minaatanlar, zenit kompleksləri və digər hərbi texnika məhv edilmiş, 18 664 atıcı silah və 1731 döyüş texnikası ələ keçirilmişdir. Azərbaycan Ordusu yalnız hərbi üstünlüyünü nümayiş etdirməmiş, eyni zamanda humanist mövqeyini də ortaya qoymuşdur. Müvafiq tibbi və sosial dəstək tədbirləri həyata keçirilmiş, mülki əhalinin təhlükəsizliyi təmin edilmişdir.

Antiterror tədbirləri nəticəsində Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilmiş, separatçıların əsas rəhbərləri həbs edilmiş və Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu şəhərlərdə dövlət bayrağının ucaldılması tarixi bir hadisə kimi yaddaşlara həkk olunmuşdur.

Azərbaycan Respublikasında dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımların göstəricisi olaraq Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Sərəncamda qeyd olunur ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir: “Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Beləliklə, 19–20 sentyabr tarixində həyata keçirilən antiterror əməliyyatı Azərbaycan dövlətinin qətiyyətli siyasətinin və ordunun yüksək hazırlıq səviyyəsinin göstəricisi olmaqla yanaşı, regional təhlükəsizliyin təmin olunması və uzunmüddətli inkişaf üçün möhkəm təməl yaratmışdır", - deyə millət vəkili qeyd edib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri