Icma.az
close
up
RU
“Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır...”

“Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır...”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Deyiləsi, danışılası, təbliğ olunası çox şey var, buna ehtiyac da var. Lakin təəssüf ki, şərait, imkan yoxdur. Televiziyalarda sağlam dini maarifçilik üçün normal imkanların olması vacibdir. Sağlam, formal olmayan proqramlar hazırlanmalı, mötədil mütəxəssislərlə müzakirələr, söhbətlər olmalıdır.Hər kanalın öz məzhəbi var sanki”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, müəyyən dini bayram və əlamətdar günlərdə hərəsi öz həmməzhəbi olan ilahiyyatçıdan müsahibə alır yaxud verilişə dəvət edir:

“Bəzi telekanalların, mətbu qurumların da məzhəbi varsa daha nə demək olar?.. Bir qədər əvvəl həyəcan təbili çalmışdım. Artıq siyasi, ictimai dairələrdə, qurumlarda, təşkilatlarda məzhəbçilik qatılaşır. O məzhəbçilik ki, ən azı mənəvi - siyasi bağlarla xaricə körpü-müqəllidliyi var... Artıq tarixi şəxsiyyətlərə münasibət xalqa, Vətənə verdiyi ümumi faydaya görə deyil, onun məzhəbinə, görə dəyişir, formalaşır. Tarixə, mədəniyyətə, dinə baxışda məzhəbi qütbləşmə ölkənin gələcəyi üçün fəsadlıdır.Əgər mövzu dindirsə nə üçün din ilahiyyatçısını, dinşünası deyil, məzhəb ilahiyyatçısını, təriqət təmsilçisini ümumi din adı ilə təqdim edirsiniz? Onlar da hərəsi öz məzhəbinə uyğun olan "İslamı" təqdim etməklə əhalini ikitirəliyə aparır? Deyəsən çoxları din ilahiyyatçısı ilə məzhəb ilahiyyatçısını seçə bilmir?Bu nöqsanları, problemləri düzəltmək üçün proqramlar hazırlamaq lazımdır”.

T.İrfan deyib ki, hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır:

“Ramazanda Ayı, Məhərrəmdə toyu böləmmirlər. Məzhəb ilahiyyatçılarını, məzhəbçi din xadimlərini ümumi İslam dininin təmsilçisi kimi bütün məzhəblərdən olan auditoriyaya xitab etmək üçün çıxarıb subyektiv fikirlərini, öz məzhəbinin rəylərini təbliğ etdirirlər. Bu kimi problemlər həll olunmasa vəhdət də tolerantlıq da süni və saxta olacaq. "Vəhdət namazı" qılıb sonra da namazını təzələyən, Qurandakı vəhdət ayəsinin özünü belə ixtilaf mənbəyinə çevirən zehniyyəti hansı adla, hansı ünvanınla çıxarıb məzhəbçi düşüncələrini əhaliyə sırımaq istəyirlər?Televiziyaların dinlə bağlı proqramları ilə, müraciət etdikləri, efirə çıxardıqları ekspertlərlə bağlı ciddi nöqsanlar var. Əsas və müəyyən olunmuş xətt olmalıdır. Yoxsa məzhəbçilik, regionbazlıq, tanışlıq zəminində xüsusilə xaricə ən az mənəvi bağlılığı hələ də davam edən adamları çıxarıb insanları aldatmaq məni bir mütəxəssis kimi mütəəssir edir. Əhalinin hamısı dinşünas, ilahiyyatçı, mütəxxəsis, ekspert deyil. Nə desən, necə desən çoxu qəbul edir, inanır. Bu fürsətdən sui-istifadə edərək mənəvi dəyərlərə qarşı belə münasibət qəbuledən deyil və yaxşı nəticələrə gətirib çıxarmaz”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri