Herontoloji Mərkəzə müraciət edənlərin 61 faizi təqaüdçülərdir Nailə Əhmədova
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi herontologiya sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaranıb".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova qeyd etdi.
Onun sözlərinə görə, müəssisə təsis edilənə qədər də müraciətlərin əsas hissəsini təqaüdçülər təşkil edib:
"Bu, hal hazırda da belədir. 2020-ci il üçün müraciət sayı ümumi olaraq 1294 nəfər olub. Onlardan 789-u, yəni müraciət edənlərin 61%-ni təqaüdçü olub. 2025-ci ilin dekabr ayının 2-nə qədər olan ümumi müraciət 2546 nəfər olub. Onlardan 1644 nəfəri təqaüdçülərdir. Bu da 64,6% təşkil edir. Statistik məlumatlardan da göründüyü kimi, ümumi sayın artımı ilə bərabər, təqaüdçülərin də müraciətləri çoxalıb. Dünyada və Azərbaycandakı yaşlı əhlinin statistik gözəçarpan artımını da nəzərə alsaq, bu həssas təbəqənin ixtisaslaşmış tibbi yardım almaq üçün müraciətlərinin müvafiq olaraq artması gözlənilir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 03 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















