Icma.az
close
up
RU
Hərraclarda banklara 11 aya $6.5 mlrd. valyuta satılıb

Hərraclarda banklara 11 aya $6.5 mlrd. valyuta satılıb

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Bu gün Mərkəzi Bankda keçirilən noyabrın yeddinci valyuta hərracı yekunlaşdı və məlum oldu ki, ay ərzində ümumilikdə yerli kommersiya banklarına 487.1 milyon ABŞ dolları valyuta satılıb. Bu barədə Banker.az-ın apardığı ilkin hesablamalarda bildirilir. Fond bunu növbəti ayın ilk həftəsində açıqlamalıdır.

News24.az banker.az -a istinadla xəbər verir ki, bu da 2024-cü ilin yanvarından bu tərəfə aylar üzrə qeydə alınan minimal göstəricidir.

Beləliklə, cari ilin ilk 11 ayında Dövlət Neft Fondu və Mərkəzi Bank banklara cəmi 6 milyard 457.5  milyon dollar satmış olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 182.7 milyon dollar və ya 97.2% artımdır.

Keçən ilin eyni dövründə 3 milyard 274.7 milyon dollar satılmışdı.

Ötən ay ərzində baş tutan hərraclarda 672.7 milyon dollarlıq valyuta satılsa da,         əsas satış mövqeyində çıxış edən ARDNF yalnız 174.4 milyon dollarlıq əməliyyatın onun üzərinə düşdüyünü bildirmişdi. Azərbaycan Mərkəzi Bankı isə valyuta bazarındakı tələbi dəstəkləmək üçün uçot faiz dərəcəsinə dair iclasda 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. Baş bankir bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.

AMB son iclasında bildirdi ki, ümumilikdə valyuta bazarı “profisitli tədiyə balansı şəraiti”ndə fəaliyyət göstərir.

Tənzimləyici son proqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cü ilin sonuna 5.3 mlrd. dollar, 2025-ci ilə isə 5.5 mlrd. dollar olacağını gözlədiyini bildirir. Bu, tədiyyə balansının əsas komponentdir.

İlkin statistik məlumatları təqdim edən Dövlət Gömrük Komitəsi cari ilin ilk 10 ayında ölkənin ticarət balansında 6 milyard 105.89 milyon dollar həcmində profisit yarandığını bildirib. Bu, sentyabra qədər 5 milyard 211.69 milyon dollar olmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri