Icma.az
close
up
RU
Hərracların Təşkili Mərkəzi

Hərracların Təşkili Mərkəzi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin yenidən qurulmuş binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış mərasimində iştirak edib. Binada yaradılmış şəraitlə tanış olan səlahiyyətli nümayəndə işçiləri təbrik edib, onlara səmərəli fəaliyyət arzulayıb.

Mərasimdə çıxış edən Fuad Nəcəfli Azərbaycanın davamlı inkişaf modelinin tərkib hissəsi olan Naxçıvanda həyata keçirilən sistemli islahatların və sosial-iqtisadi layihələrin iqtisadi münasibətlərin müasirləşdirilməsinə və şəffaflığın təmin olunmasına xidmət etdiyini söyləyib. O bildirib ki, “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin yaradılması da məhz bu məqsədlərə yönəlmiş əhəmiyyətli addımdır. Mərkəzin fəaliyyəti muxtar respublikada şəffaf iqtisadi mühitin formalaşmasına, sahibkarlığın inkişafına və səmərəli idarəetmənin təmininə mühüm töhfə verəcək.

Muxtar respublikanın bugünkü iqtisadi inkişaf dinamikasının qürurverici göstəricilərlə müşahidə olunduğunu diqqətə çatdıran Fuad Nəcəfli qeyd edib ki, 2025-ci ilin yanvar–mart aylarında ümumi daxili məhsulun həcmi 344 milyon 310 min 200 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artım nümayiş etdirib. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 730,7 manat olmaqla, 0,6 faiz artıb. Bu reallıqlar Naxçıvanın inkişafına yönəlmiş 2023-2027-ci illər üçün Dövlət Proqramının uğurla icra olunduğunu göstərir. Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvanın regional və beynəlxalq iqtisadi proseslərdə rolu daha da artacaq, sənaye parkları və yeni yaradılan müəssisələr Orta Dəhlizin yeni seqmenti kimi fəaliyyət göstərəcəkdir.

Naxçıvan MR iqtisadiyyat nazirinin müavini Abbas İsmayılov nazirlikdə və onun strukturlarında elektron informasiya sistemlərinin yaradılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edib ki, nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən 190 dövlət xidmətinin 110-u elektronlaşdırılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin rəis müavini Müslüm Cabbarzadə Naxçıvanda hərracların təşkili ilə bağlı müasir inzibatçılıq və şəffaflaşma barədə məlumat verib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri