Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” üçün müasir infrastruktur qurulur AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs üçün müasir infrastrukturun qurulmasına başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəz hərrac və müsabiqələrlə yanaşı, elektron hərracların təşkili və keçirilməsi üçün ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.
Elektron Hərrac Sisteminin muxtar respublikada tətbiqi hərraclarda iştirak üçün müraciətlərin elekton qəbuluna, beh ödənişlərinin elekton yolla həyata keçirilməsinə, vətəndaşların uzaq məsafə qət etmədən hərraclarda onlayn iştirakına şərait yaradacaq. Bu isə hərracların keçirilməsi prosesində operativliyin və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















