Icma.az
close
up
RU
Hesab açdırmaq üçün banka getdi, külli miqdarda borcu yarandı BANK FIRILDAQÇILIĞI

Hesab açdırmaq üçün banka getdi, külli miqdarda borcu yarandı BANK FIRILDAQÇILIĞI

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Yasamal sakini “Azərbaycan Beynəlxalq Bankı”nın əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını bildirir

Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 115, mənzil 4 ünvanında yaşayan Əhmədova Cavahir Cahangir qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Baş prokuror Kamram Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

Cənab Kamran Əliyev!

Cənab Vilayət Eyvazov!

Məlumat üçün bildirim ki, 2022-ci ilin dekabr ayında hesab açdırmaq məqsədi ilə “Azərbaycan Beynəlxalq Bankı”nın "Nəqliyyat filialı"na yaxınlaşdım. Növbəm çatanda bank işçisinin oturduğu masaya yaxınlaşıb, hesab açdırmaq istədiyimi bildirdim. Daha sonra mənə təklif etdi ki, banka məxsus "TAM kart" plastik kartını da əldə edim. Bankın əməkdaşı bildirdi ki, bu kartla rahat köçürmələr həyata keçirə bilərəm. Həmçinin dedi ki, mağazalardan alış-veriş edən zaman da istifadə edə bilərəm. Bonuslar yığılacaq, sonra onları da xərcləyə biləcəyimi dedi.

Düzü, kart sistemindən başım demək olar ki, çıxmır. Bu səbəbdən də razılaşdım. Yatsam yuxuma belə girməzdi ki, bank işçisi məni aldadaraq, pulumu mənimsəyər.

Bir-iki sənədə imza atdım və "TAM kart" adlı plastik kartını mənə təqdim etdi. Kartı götürsəm də heç vaxt istifadə edə bilmədim. Olduğu kimi də çantamın bir hissəsində qaldı.

Təxminən 2023-cü ilin iyul ayında “Azarbaycan Beynəlxalq Bankı”ndan mənə zəng vurub bildirdilər ki, "Nəqliyyat” filialından əldə etdiyim “TAM kart” kredit kartımda 2883 manat borcum var. Fikirləşdim ki, nəsə yanlışlıq var. Axı, özümə arxayınam. Üstəlik, ilk gün banka yaxınlaşan zaman da kredit kartı üçün getməmişəm. Hesab açdırmaq niyyəti ilə getmişdim. Bank işçisinin təklifi ilə debet kart əldə etmişəm. Amma kredit kartı götürməmişəm.

Səhəri gün ABB-nin “Nəqliyyat” filialına yaxınlaşdım. Bildirdilər ki, 13.12.2022-ci il tarixində kredit kartı götürmüsünüz.

Deməli, bank işçisi mənə kredit kartı olan sənədə də imza atdırıb. Lakin kartı mənə verməyib. Daha sonra başqa bir sənədə baxarkən gördüm ki, adımın qarşısında olan ikinci imza mənə aid deyil, oxşadılıb.

Əgər o kartdan istifadə etmişəmsə mənə aid sübut olmalıdır. Amma mənim əleyhimə heç bir sübut yoxdur.

Hazırda iş Nəsimi Rayon Polis İdarəsindədir, guya araşdırılır. Yəni 2022-ci ilin dekabr ayında olan dələduzluq halının araşdırılması hələ yekunlaşmayıb.

Bank rəhbərliyinə də, polis bölməsində də kredit kartını istifadə etmədiyimi, ümumiyyətlə heç vaxt görmədiyimi bildirdim. İşi həm bank, həm də polis araşdırır. Amma səhlənkarlıqla araşdırırlar. Belə ki, artıq 6 aydır mənim maaş kartımdan hər ay 300 manat pul çıxılır.

Bir sözlə, dələduzluğa uğramışam. Amma həm maddi, həm də mənəvi ziyana düşsəm də, yenə əziyyəti mən çəkirəm.

Heç vaxt ağlıma gəlməzdi ki, bank əməkdaşı tərəfindən başıma bu oyun açılar. Sübut olmadan, pulu çəkən mən olmadan necə mənim əmək haqqı kartımdan pul çəkilə bilər? Bu qədər özbaşınalıqdır?!

Belə çıxır ki, hüquq-mühafizə orqanları, xakerlər və bank bir yerdə çalışırlar.

Cənab Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

Mən Sizdən xahiş edirəm, şikayətimi diqqətdə saxlayıb, dəqiq və düzgün araşdırılması üçün göstəriş verəsiniz. Mən hazırda küçələrdən dəmir parçası yığıb satıram ki, acından ölməyim. Bu qədər böyük haqsızlıqla qarşılaşmışam. Bir daha qeyd edim ki, pulu mənim çıxarmağımla bağlı heç bir sübut yoxdur”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Sentyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri