Icma.az
close
up
RU
Hesab arasındakı fərq daha az ola bilərdi Sabah ın baş məşqçisi

Hesab arasındakı fərq daha az ola bilərdi Sabah ın baş məşqçisi

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Düşünürəm ki, oyuna kifayət qədər yaxşı başladıq. Komandada qorxu və ya həyəcan hiss etmədim. Bütün 90 dəqiqə ərzində öz oyunumuzu oynamağa çalışdıq. Bəzi epizodlarda ritmimizi tapdıq, topa nəzarət etdik və zaman-zaman "Mançester Yunayted”in təzyiqindən çıxa bildik.

AZXEBER.COM xəbər verir ki, bunu "Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin İngiltərədə "Mançester Yunayted”ə qarşı keçirilən ilk tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis hesabın daha fərqli ola biləcəyini bildirib: "Düşünürəm ki, bu axşam hamımız evə nəticənin bir qədər daha yaxşı ola biləcəyini düşünərək qayıdacağıq. Hesab arasındakı fərq daha az ola bilərdi”.

Baş məşqçi komandasının, xüsusilə ilk hissədə bəzi epizodlarda kifayət qədər cəsarətli oynamadığını vurğulayıb: "Bir tərəfdən deyirəm ki, futbolçularımızda qorxu hiss etmədim, digər tərəfdən isə müdafiə xəttində daha cəsarətli ola bilərdik. Müdafiəçilərimiz çox geridə qalırdılar. Bu, qorxudan deyil, bəlkə də təcrübəsizlikdən irəli gəlirdi və rəqibin gücünü həddindən artıq qiymətləndirirdik. Xətləri irəli çəkməyəndə və boşluqları nəzarətdə saxlamayanda "Mançester Yunayted” kimi komandanın futbolçularına dönüb sürətlə hücuma keçmək imkanı verirsən. Belə oyunçuları həmin vəziyyətdə dayandırmaq demək olar ki, mümkün deyil”.

Qeyd edək ki, "Old Trafford" stadionunda "Mançester Yunayted" - "Sabah" arasında keçirilən qarşılaşma "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Sentyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri