Icma.az
close
up
RU
Hesab etmirəm ki, avrokubokları təmin etmişik Rəşad Sadıqov

Hesab etmirəm ki, avrokubokları təmin etmişik Rəşad Sadıqov

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Zirə"nin baş məşqçisi Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır oyunu idi. Aydın məsələdir, "Qarabağ"la səfərdə oynayırdıq. Bu oyunlar heç bir zaman rahat keçmir. Xüsusilə də bu gün rəqib ən optimal heyəti ilə oyuna çıxmışdı. Bu, işimizi biraz çətinləşdirirdi. Amma futbolçularım əla mübarizə apardılar. İlk saniyədən final fitinə qədər qorxmadan rəqiblə mübarizə apardılar. Oyun rəqibin üstünlüyü ilə keçirdi. Əvvəlcədən də bilirdik ki, matç belə olacaq. Biz daha çox meydanın mərkəzində etibarlı olub, rəqibi orada qarşılayıb daha çox əks-hücumlara bel bağlayırdıq. Hansısa məqamlarda alınırdı, hansılarda isə yox. Amma ümumən oyunçularımın çıxışından razı qaldım. Artıq beşinci oyundur ki, "Qarabağ" duran topdan bizə qol vurur. Bu tendensiya hələ də davam edir. Oyundan öncə bununla bağlı danışmışdıq, amma yenə də duran topdan fərqləndilər. Futbolçularımı təbrik etmək istəyirəm. Sona qədər inanırdılar, mübarizə aparırdılar, bərabərlik qolunu vurmaq istəyirdilər. Buna çox yaxın idik. Alınmadı, amma buradan özümü və ya komandamı məğlub etmiş kimi hiss edərək ayrılmıram. Bu gün biz, bəlkə də, bərabərliyə layiq idik. Alınmadı, futboldur. Önümüzdəki oyunlara baxacağıq. Bizim üçün qarşıda 7 biri-birindən vacib oyunlar var. Var gücümüzlə onlara hazırlaşacağıq". 

Mütəxəssis son dəqiqədə qaçırılmış penalti haqda da danışıb: "Kim penaltini qaçırmır ki? Özüm də qaçırmışam. Ulduz, usta futbolçular da qaçırır. Başqa qaçırdığımız epizodlar da var idi ki, futbolçularımız yaxşı zərbə mövqelərinə çıxırdı, amma zərbə daha çox rəqibin müdafiəçilərinə tuş gəlirdi və ya qapıçıları uğurlu çıxış edirdi. Oyunumuz bir penalti ilə bağlı deyil idi. Yaxşı şans idi. Çünki "Qarabağ"a qarşı qol vuranda böyük təzyiqlə oynamağa başlayır. Amma penaltini vurub oyun bitəcəkdi. Ən azı bir xalla ayrılmaq olardı. Yenə də deyirəm ki, futbolçularımı məğlub olmamış kimi görürəm". 

R. Sadıqov penalti zərbələrinin üzərində ayrıca məşqlərin keçirilməsini doğru saymadığını bildirib: "Mənə görə, penaltinin məşqi yoxdur. Gərək futbolçu oyunda təzyiq altında olsun ki, onu hiss etsin, vursun. Daha çox bu cür hallarda məlum olur. Mən məşqlərdə 10 penaltinin hamısını vururdum, amma oyun zamanı böyük həyəcan keçirirdim. Məşqdə, istəsən, 100 dənə vur, amma o həyəcanı yaşamayacaqsan. Əslində Qismət Alıyev zərbəni yaxşı yerinə yetirmişdi, sadəcə dirəkdən döndü. Ola bilsin ki, "əlavə dəqiqələrdir, vursan oyun bitir, bir xalla ayrılırsan" kimi şeylər onda əlavə həyəcan yaratdı. Amma əslində Qismət komandada kritik və uğurlu penaltiləri yerinə yetirib. Ümumən, penalti üzərində çox dayanmaq istəmirəm. Düşünürəm ki, futbolçularım bu gün layiqli mübarizə apardılar". 

O, yeni son transferlərinin durumundan söz açıb: "Ən son transferimiz iki ay komanda məşqlərindən kənar qalmışdı. Əvvəlki mətbuat konfranslarında da bildirmişdim ki, hazır olanda oyunlara qoşulacaq. Amma bu transfer daha çox gələcəyə bağlı transfer idi. Mən onu əvvəlki illərdə və qış aylarında da istəyirdim, sadəcə alınmadı, ortaq məxrəcə gələ bilməmişdik. Lavala gəldikdə, onun müalicəsi davam edir. Ola bilsin, son turlara qədər düzəlsin, amma nə qədər hazır olacaq onu zaman göstərəcək. Əməliyyat olub, bərpası gedir". 

Mütəxəssis komandasının çempionatdakı çıxışını da dəyərləndirib: "Əslində biz stabil oynamamışıq. Haradasa birinci dövrənin sonunda və ikinci dövrənin əvvəlində bizdə uğursuzluq var idi. Yeddi oyundan cəmi birində qələbə qazanmışdıq. Ümumiyyətlə, çempionatda qələbə qazanmaq çətindir, özünüz də görürsünüz. Hamı bir-biri ilə xal itirir. Amma şükürlər olsun ki, geridə qalan turlarda bu qədər xal toplamışıq. Bundan sonrakı oyunlar da həm rəqiblər, həm bizim üçün vacib və önəmlidirlər. Hər oyunda qələbə qazanmaq üçün çox güc sərf etməlisən. Mənim üçün də ən vacib olan oyunun stabilliyidir. Bilmirəm, nə dərəcədə qoruya biləcəyik. Gələcəklə bağlı danışmaq mənim üçün həmişə çətindir. Proqnoz verə bilmərəm, zaman göstərəcək". 

R. Sadıqov "Hazırkı heyət avrokuboklarda mübarizə aparmaq üçün kifayətdirmi?" sualına belə cavab verib: "Bir iş bitməmiş və rəsmiləşməmiş mən o haqda danışmıram. Özümüzə və rəqiblərimizə qarşı doğru olmaz. Mən elə hesab etmirəm ki, avrokubokları təmin etmişik. Qarşıda vacib oyunlar, ağır səfərlər var. Öz meydanımızda da güclü rəqiblərə qarşı oynayacağıq. O üzdən də ağlımdan keçmir ki, təmin etmişik. Heç mən bilmirəm, avrokubokların birinci oyunu ayın neçəsidir. Heç ona baxmamışam. Bütün fikrimizi oyunlara yönəltmişik. Allah nəsib edər, avrokuboklara düşərik, ondan sonra bu haqda danışaram". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Aprel 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri