Hesabat: Böyük Britaniya özünü hərbi hücumlardan müdafiə etməyə hazır deyil
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
London, 19 noyabr, AZƏRTAC
Böyük Britaniya böyükmiqyaslı hərbi hücuma hazır deyil və ölkənin özünümüdafiə planı yoxdur.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin Aşağı Palatasının Müdafiə Komitəsinin hazırladığı hesabatda bildirilir.
Deputatlar Rusiya-Ukrayna müharibəsi fonunda NATO öhdəliklərinin yerinə yetirilməsi və ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından ciddi çatışmazlıqların olduğunu vurğulayıblar.
Hesabatda qeyd olunur ki, Böyük Britaniyanın özünün və dənizaşırı ərazilərini müdafiə etmək üçün aydın planı yoxdur. Deputatlar, həmçinin hökuməti mövcud təhlükənin miqyası və buna qarşı görülməli tədbirlər barədə ictimaiyyətə daha dolğun məlumat verməyə çağırıblar.
Komitənin sədri, Leyboristlər Partiyasının üzvü Tan Desi bildirib ki, artıq təhlükəni görməmək mümkün deyil. Deputatlar hökuməti müdafiə strategiyasını təcili olaraq gücləndirməyə çağırıblar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:14
Bu xəbər 19 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















