Icma.az
close
up
RU
Hesabat: İnkişaf etməkdə olan ölkələrdə təhsil və səhiyyənin maliyyələşdirməsi borcların restrukturizasiyasını zəruri edir

Hesabat: İnkişaf etməkdə olan ölkələrdə təhsil və səhiyyənin maliyyələşdirməsi borcların restrukturizasiyasını zəruri edir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 iyun, AZƏRTAC

İnkişaf etməkdə olan ölkələrin səhiyyə və təhsil sistemləri üçün çox ehtiyac duyulan vəsaitlərin təmin edilməsi üçün onların daha çox borcdan azad edilməsinin yeni mərhələsinə ehtiyac duyulur.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, mərhum Roma Papası Fransiskin sifarişi ilə Nobel mükafatı laureatı, iqtisadçı Cozef Stiqlitsin sədrlik etdiyi panel tərəfindən hazırlanan yeni hesabatda “Ağır borclu yoxsul ölkələr təşəbbüsü” (HIPC) çərçivəsində borcların restrukturizasiyası ilə bağlı iddialardan bəhs edilir.

Qeyd olunur ki, bir çox inkişaf etməkdə olan ölkə COVID dövründə əlavə borc almaq məcburiyyətində qalıb və o vaxtdan mərkəzi banklar inflyasiya ilə mübarizə apardıqları üçün kəskin yüksək faiz dərəcələri ilə üzləşib.

C.Stiqlits vurğulayıb: “Hazırda ABŞ-ın tarifləri ucbatından iqtisadiyyatda qlobal yavaşlama gözlənilir və bu, onların gəlirini daha da azaldacaq və potensial olaraq daha yüksək inflyasiyaya gətirib çıxara bilər. Bütün bunlar isə yenidən daha da yüksək faiz dərəcələrinə səbəb olacaq”.

Hesabatda xəbərdarlıq edilir ki, hökumətlərin bir çoxu defoltun nəticələrindən ehtiyat edərək, borcun vaxtında ödənilməsini əsas inkişaf xərclərindən üstün tutur. Bu, davamlı inkişafa aparan yol deyil. Əksinə, belə bir vəziyyət inkişafa maneədir, eyni zamanda, bərabərsizliyin və narazılığın artmasına gətirib çıxarır”.

HIPC borcdan xilasetmə proqramı nağd pul çatışmazlığı olan inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün kilsələr də daxil olmaqla vətəndaş cəmiyyəti qruplarının razılaşdırılmış kampaniyası nəticəsində yaranıb. Bu təşəbbüs çərçivəsində 100 milyard dollardan çox borc silinib.

2025-ci ilin Katolik kilsəsinin yubiley ili elan edilməsi səbəbindən Papa Fransisk mövcud borc böhranının necə aradan qaldırıla biləcəyini araşdırmaq üçün yeni hesabat hazırlamağı tapşırıb. Hesabat cümə günü Vatikanda onun varisi XIV Leoya təqdim ediləcək. Tədqiqat bir çox ölkələr üçün vəziyyətin ciddiliyini vurğulayaraq xəbərdarlıq edir: “Borc böhranının ən ağır olduğu Afrikada borcların təsiri xüsusilə kəskindir. Qitə əhalisinin 57 faizi - 751 milyon nəfəri təhsil və səhiyyədən daha çox xarici borclarına xidmət edən ölkələrin sakinləridir, o cümlədən onların 288 milyona yaxını həddindən artıq yoxsulluq şəraitində yaşayır”.

Müəlliflər xəbərdarlıq edirlər ki, borcların çoxalmasının nəticələri yoxsulluğun və qida çatışmazlığının artması, “ümidlərin məhv olması” və “sosial parçalanmanın dərinləşməsi” ehtimalı doğurur. Hökumətlər bu ayın sonunda Sevilyada BMT-nin inkişafın maliyyələşdirilməsinə dair konfransında borcun yüngülləşdirilməsini müzakirə etməlidir. Böyük Britaniyanın onlarla xeyriyyə təşkilatının və təşviqat qruplarının liderləri Kir Starmeri sammitdə şəxsən iştirak etməyə və borcdan azad olmaq planlarını dəstəkləməyə çağırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri