Hesablama Palatası Naxçıvan Bakı avtobus biletləri ilə bağlı 1,5 mln. manatlıq pozuntu aşkarlayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvanda avtobus biletlərinin satışında kassa intizamı pozulub.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi”ndə apardığını audit yoxlamasında bildirilib.
Bildirilib ki, kassa sənədləşdirilməsi aparılmadan Naxçıvan–Bakı biletlərindən 1,5 milyon manata yaxın vəsait toplanıb, bunun 78%-i sürücülərə əlbə-əl verilib. Məlumata görə, 2023-cü ildə 593,4 min manat, 2024-cü ildə isə 919,9 min manat həcmində vəsait kassa kitabı, mədaxil və məxaric orderləri olmadan toplanıb. Audit nəticəsində aşkar olunub ki, toplanan məbləğin yalnız 22 faizi isə xəzinədarlar tərəfindən Agentliyin bank hesabına ödənilib.
Ümumilikdə audit göstərir ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində maliyyə intizamı zəifdir, şəffaflıq aşağıdır və qanun pozuntuları geniş yayılıb. Əsas problem sahələri – əməkhaqqı ödənişləri, əmlakın idarə olunması, kassa əməliyyatları və maliyyə uçotudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















