Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Bəhruz Məmmədov vəzifəsindən azad olunub
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov tutduğu vəzifəsindən azad olunub.
Hurriyyet.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqqda sərəncam imzalayıb.
O, agentlikdə işlədiyi müddət ərzində qanunsuzluqlarla və işçilərə qarşı etdiyi haqsızlıqlarla tanınırdı.
Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir neçə gündür ki, agentlikdə yoxlamalar aparırdı.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, B.Məmmədov bu vəzidəsinədək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.
Sərəncamı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 01 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















