Bəhruz Məmmədov vəzifəsindən azad edildi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sədr müavini 31 yanvar 2024-cü ildə vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, Bəhruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

