Icma.az
close
up
RU
Həsən Həsənov: müdriklik işığı, gənclik enerjisi Rəşad Məcid yazır

Həsən Həsənov: müdriklik işığı, gənclik enerjisi Rəşad Məcid yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Azərbaycanda vaxtilə mühüm vəzifələrdə çalışmış, uzun illər nazir kimi fəaliyyət göstərmiş iki şəxsin davamlı yaradıcı ehtirası və tükənməz enerjisi son illərdə məni ən çox heyrətləndirən məqamlardandır. Onlardan biri uzun müddət təhsil naziri olmuş Misir Mərdanov, digəri isə tarix elmləri doktoru, bir vaxtlar Azərbaycanın baş naziri və xarici işlər naziri vəzifələrində çalışmış Həsən Həsənovdur. Həsən müəllim bir müddət Azərbaycanın Polşada və Macarıstanda səfiri kimi də fəaliyyət göstərib.

Həsən Həsənovla görüşlərimizdə apardığımız söhbətlər, onun həyata keçirdiyi işlər, mənə göndərdiyi kitablar və xüsusilə Azərbaycan tarixinə dair məsələlərə göstərdiyi həvəs, hər zaman milli mövqedən çıxış etməsi məndə böyük qürur və dərin ehtiram hissi oyadır. Onun şövqünə, enerjisinə, təlqin etdiyi fikirlərə özünün sonsuz inamına, çılğın sevgisinə heyranam.

Həsən müəllim haqqında hələ gənclik illərimdən müxtəlif yazıçılarımızdan eşitmişdim. Onlar Azərbaycanda belə bir dövlət adamının varlığından xüsusi hörmətlə söz açırdılar. Müxtəlif vəzifələrdə çalışsa da, hər zaman Azərbaycan ədəbiyyatına və ədəbiyyatçılara ayrıca diqqət və qayğı göstərdiyi qeyd olunurdu.

Sovet dövründə Gəncəyə rəhbərlik etdiyi illərdə ona “Kərpic Həsən” ləqəbi verilibmiş. Bəziləri həmin ləqəbi çəkinə-çəkinə dilləndirsə də, əslində bu onunla bağlı formalaşan müsbət rəyin, insanların ona xoş münasibətinin nəticəsi idi və zamanla hardasa əfsanələşmişdi də. Çünki Həsən müəllim Gəncənin birinci katibi vəzifəsində çalışarkən memarlıqda milli ənənələrin qorunmasına xüsusi həssaslıqla yanaşmış, şəhərdə tikilən binaların mümkün olduğu qədər qırmızı kərpiclə inşa edilməsinə göstəriş vermişdi. Bu, onun milli kimliyə bağlılığının və incə estetik zövqünün bir nümunəsi idi.

Daha sonralar Azərbaycanın baş naziri və xarici işlər naziri kimi fəaliyyət göstərdiyi dövrlərdə də Həsən müəllimin ölkənin inkişafı naminə gördüyü işlər dövlət tərəfindən yüksək qiymətləndirilib.

Lakin məni onun fəaliyyətində ən çox valeh edən məqam tariximizə fərqli və özünəməxsus yanaşmasıdır. Həsən müəllim tariximizi sevə-sevə daha qədim dövrlərə doğru çəkir, milli kimliyimizin köklərini türklüyə bağlamağa, adət-ənənələrimizi özümüzünkü kimi təqdim etməyə çalışır. Bu yanaşma milli yaddaşın dirçəldilməsi və tarixi öz kimliyimiz prizmasından yozmaq baxımından çox önəmlidir.

Bir vaxt Həsən Həsənov zərdüştilik və Qız qalası barədə maraqlı kitab yazmışdı. Həmin dövrdə “525-ci qəzet”də bu kitab barədə geniş yazı dərc etmişdik. Həsən müəllim o zaman belə bir narahatlığını heyrətlə ifadə etmişdi: “Niyə elmi ictimaiyyət bu fikirlərə reaksiya vermir?” Son illərdə çap olunan kitabları və ortaya qoyduğu elmi mövqeyi isə Azərbaycan Milli Elmlər Akademiyasında müzakirəyə səbəb oldu.

Yaxın zamanlarda BP şirkətinin dəstəyi ilə Həsən Həsənovun “AZƏRBAYCAN. Tarixi-coğrafi atlas” və “AZƏRBAYCAN. Tarixi-etnoqrafik atlas” adlı iki sanballı kitab-albomu “TEAS Press” nəşriyyatında çap olunub. Bu günlərdə kitabların yüksək səviyyəli təqdimat mərasimi keçirildi. Mərasimdə Həsən müəllim təxminən bir saata yaxın kitablarla bağlı detalları bölüşdü. Yenə də fərqli, qeyri-adi fikirlər tədbirdə iştirak edən alimlərin, universitet rektorlarının, ictimaiyyət və mətbuat nümayəndələrinin alqışları ilə qarşılandı. Ən əvvəl ona görə ki, Həsən müəllim öz zəngin təcrübəsi və biliyi ilə auditoriyanı ələ almağı bacarır və çox maraqlı təqdimatlar edir.

Bu nəşrləri vərəqlədikcə burada nə qədər zəngin elmi materialın, əsaslı arqumentlərin yer aldığını görmək mümkündür. Hər iki kitab möhtəşəm zəhmətin, dərin bilik və elmi məsuliyyətin nəticəsidir.

Xüsusilə, Azərbaycanın qədim dövlətlərindən biri olan Atropatenanın yaşını daha da əvvələ çəkməklə bağlı təqdim etdiyi çoxşaxəli, əsaslandırılmış elmi arqumentlər böyük ehtiram doğurur. Bu, sadəcə tarix kitabı deyil, həm də milli yaddaşın təməl daşlarını yenidən qurmağa yönəlmiş ciddi elmi missiyanın tərkib hissəsidir.

Düşünürəm ki, Həsən müəllimin bu kitabları ölkəmizin ən yüksək mükafatlarına layiqdir və belə sanballı araşdırmaların məhsulu olan əsərlər mütləq layiqincə qiymətləndirilməlidir.

Həsən Həsənovun son zamanlar Novruz bayramı, eləcə də Azərbaycan tarixi ilə bağlı ARB24 kanalında gedən verilişlərini də diqqətlə izləyirəm, çox zövq alıram. Həsən müəllim tarixi faktlarla özünün dünyagörüşünü birləşdirərək son dərəcə maraqlı əsaslandırmalar irəli sürür, sadə, aydın, inandırıcı arqumentlərlə danışır. Onun Atropatenanın tarixi ilə bağlı söhbətlərini ARB24 kanalında yayımlanan verilişdə də izləmiş və çox maraqla dinləmişdim.

Onun Novruz bayramı barədə mülahizələri dərin maraq doğurur. Həmin verilişdə bayram şirniyyatlarımızın izahı isə lap qəribə gəldi; həm gülümsədim, həm düşündüm. “Tabiti”ni “təpitmə”ylə bağlamasına isə ürəkdən güldüm. Belə ideyaların tərəfdarıyam; tarixi biliklərlə əfsanələrin, elmlə arzuların çuğlaşması düşüncələrə təsir edir, zamanla yeni gerçəkliklər ortaya çıxarır.

Bugünlərdə Azərbaycan Dövlət Televiziyasında Rafiq Həşimovun Həsən Həsənov haqqında ikihissəli verilişi yayımlandı. Orada dəyərli ziyalımız 1980-ci illərin əvvəllərində Gəncəyə rəhbərliyi dövründə məscidlərin hansı siyasət əsasında bərpa olunmasından danışdı. Hətta insanların arasında belə bir şayiə də gəzirmiş ki, əgər Gəncədə bu qədər məscid bərpa olunursa, deməli, “yuxarıdan” tapşırıq var, “Xomeyni Azərbaycana gələcək”.

Həsən Həsənov uzun zaman ərzində Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşlarından biri olub. Bir dəfə Naxçıvanda diaspor gənclərimizlə görüş keçirilərkən Həsən müəllimlə Heydər Əliyev haqqında söhbət etmək imkanımız oldu. O, Ulu öndər haqqında elə xatirələr danışdı ki, mənim o zamana qədər heç yerdə eşidib-bilmədiyim və Heydər Əliyevin böyüklüyünü bir daha sübut edən məqamları ortaya qoydu. Təsadüfi deyil ki, Ümummilli Liderin 100 illik yubileyində Heydər Əliyev haqqında ən sanballı kitablardan birini də elə Həsən Həsənov yazıb.

2021-ci ildə Şuşada keçirilən Vaqif Poeziya Günlərinə Həsən müəllim də getmişdi. Onun həmin poeziya günlərindən “Gələcək haqqında... xatirələr” adlı yol qeydləri “525-ci qəzet”də çap olundu. Şuşanın azadlığı, oraya səfər, Vaqif Poeziya Günlərinin və eləcə də Şuşanın tarixinə ekskursiya baxımından bu yazı da böyük əhəmiyyət daşıyır. H.Həsənov o yazısında qeyd edir ki: “Xəyal məni uzaq keçmişə aparır. Bu diyarda çox xalqlar yaşayıb, onların ən məşhurları müasir türklərin əcdadları kimmerlər və skiflər olub, bu tayfaların Qamir və Aşquz dövlətləri barədə eramızdan əvvəl VIII-VII əsrlərə aid Assuriya mixi mətnlərində məlumat verilir. Qafqaz dağlarından Araz çayının sol sahilinə, Xəzər sahillərindən Cənubi Qafqazın mərkəzi hissələrinə qədər olan əraziləri bir-birinin ardınca bu dövlətlər tutublar. Məhz Cənubi Qafqazın şərq hissəsində yerləşən Aşquz ölkəsində yaşayan skiflər Atropatena-Adorbayqan-Azərbaycan adlı yeni çarlıq yaradıblar. Bu ölkə Qafqaz dağlarından Zaqros dağlarının şərq ucqarlarına, Xəzər sahillərindən Kappadokiyada Qalis çayına qədər olan ərazini tuturdu. IV əsrdə yaşayıb yaratmış romalı müəllif Ammian Martsellin bildirir ki, bu hadisə eramızdan əvvəl 612-ci ildə Assuriya imperiyasının süqutu nəticəsində baş verib. V əsr Suriya salnaməçisi de bet Selox bildirir ki, bunu Skif çarı, Arbak-Arpat-Orbay tituluna sahib olan Madi edib. 1748-ci il tarixli ingilis nəşrində və 1765-ci ildə dərc edilmiş Fransa ensiklopediyasında bildirilir ki, Madi adlı Skif çarı əslində türklərin böyük əcdadı Oğuz xan olub. Azərbaycan (Atropatena-Adorbayqan) adlı dövlətin Oğuz xan tərəfindən yaradılması barədə XIII əsr Azərbaycan tarixçisi Fəzllulah Rəşidəddin də yazır. İlkin orta əsrlər dövrünə aid üç ərəbdilli və farsdilli mənbədə VII əsr hadisələrindən bəhs edilərək deyilir: “Azərbaycan türklərin diyarıdır. Onlar qədim vaxtlardan orada cəmləşib və bir-biri ilə qarışaraq inkişaf edib, gücləniblər...”

Həsən müəllim həmin məqaləsində Ümummilli Lider Heydər Əliyevlə Molla Pənah Vaqif və Vaqif məqbərəsinin tikilməsi qərarı haqqında aralarında keçən çox maraqlı bir söhbəti də xatırlayır: “Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: “Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: “Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: “Yox, sən hamısını bilmirsən”. Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən.

İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.

Yaşının bu çağında enerjisinə, inandığı həqiqətləri çatdıra bilmək həvəsinə və bacarığına görə Həsən müəllim, fikrimcə, 30 yaşlı gəncə xas olan bir ruh daşıyır. Bir neçə abzas öncə haqqında danışdığım kitabların təqdimatında Həsən müəllim dedi ki, əslində, bu kitablar 9 cild nəzərdə tutulub.

Onun 2 cildi çap olunub, ümumilikdə 4 cildi hazırdır. O, özünə bu cildləri tamamlamaq üçün taledən ömür arzulayır. Mən də onun bu arzusuna qoşularaq Həsən müəllimin 85 illik yubileyini ürəkdən təbrik edir, bu gördüyü işləri hələ uzun illər daha şövqlə, həvəslə davam etdirməsini diləyirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri