Həsən Qarayev: Qeyri rus xalqlarının “xərclənməsi”: Rusiya üçün strateji dalan
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Rusiya- Ukrayna müharibəsi Kremlin klassik imperiya reflekslərini yenidən üzə çıxardı.Müharibənin gedişində müşahidə olunan əsas tendensiyalardan biri qeyri-rus xalqlarının-xüsusilə milli respublikalar və ucqar regionların nisbətsiz şəkildə insan itgisi verməsidir. Bu, təsadüfi yox hesablanmış siyasi-hərbi strategiyadır. Bu fikirləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev demişdir.
Birinci və ən başlıca səbəb daxili sabitlik qorxusudur.Moskva və Sankt- Peterburq kimi mərkəzlərdə kütləvi itkilər dərhal ictimai narazılıq yarada bilər. Əvəzində Buryatiya, Tuva, Dağıstan,Yakutiya kimi regionlarda itkilər mərkəz üçün “səssizdir”. Kreml üçün bu ərazilər siyasi baxımdan daha az risklidir.
İkinci səbəb sosial-iqtisadi asıllıqdır.Qeyri-rus regionlar daha kasıbdır,alternativ məşğulluq azdır.Ordu isə maaş, güzəşt və sosial vədlərlə gəncləri cəlb edir. Beləliklə,müharibə faktiki olaraq sosial çıxış yolu kimi təqdim olunur..
Qısa müddətdə bu siyasət Kremlə insan resursu təmin etsədə, uzunmüddətli nəticələr destruktivdir. Birincisi, ordu keyfiyyət baxımından zəifləyir: məcburi səfərbərlik motivasiyanı aşağı salır, fərarilik və döyüş ruhunun çökməsi artır.İkincisi,milli respublikalarda “biz ölürük Moskva qərar verir” düşüncəsi kök salır. Bu isə mərkəz-region münasibətlərini aşındırır.
Tarixi təcrübə göstərir ki, imperiyalar məhz bu mərhələdə zəifləyir. SSRİ-nin sonu da müharibə yükü,iqtisadi böhran və milli narazılığın üst-üstə düşməsiilə sürətləndi. Bugünkü Rusiya oxşar trayektoriyadadır: açıq dağılma dərhal görünməsə də, faktiki parçalanma və idarəetmənin zəifləməsi real riskdir. Nəticə etibarilə, qeyri-rus xalqların “xərclənməsi” Rusiyaya qələbə yox, gecikmiş amma qaçılmaz daxili böhran gətirir. Bu siyasət müharibəni uzada bilər, lakin, Rusiya dövlətinin dayanıqlığını zəiflədər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 08 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















