Icma.az
close
up
RU
Həsənrizə köçənlərə evlərinin açarları təqdim edilib FOTOLAR

Həsənrizə köçənlərə evlərinin açarları təqdim edilib FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İyunun 24-də Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq bu kəndə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bu mərhələdə köçürülən 146 nəfərdən ibarət 40 ailəyə bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. 

Təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdərə rayonunun yenidən bərpa edilən Həsənriz kəndinə bundan əvvəl də respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələr köç edib.

Bu gün həyata keçiriliən köç də nəzərə alınmaqla ümumilikdə Həsənriz kəndinə 130 ailə yəni 452 nəfər köçürülüb. 

Səbuhi Qəhrəmanov qeyd edib ki, hazırda Ağdərə və Xocalı rayonunun bir neçə yaşayış məntəqəsində yenidənqurma və bərpa işləri həyata keçirilir.

Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də köç olacaq. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xatırladaq ki, Ağdərənin Həsənriz kəndi 24 saat fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Kənddə 246 şagirdlik tam orta məktəb, tibb məntəqəsi, körpələr evi, uşaq bağçası var. Həsənriz kəndində əhali əsasən arıçılıq və  heyvandarlıqla məşğul olur. Kəndə ilk köç bu il martın 3-də olub.

“Cebheinfo.az”
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see291

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see219

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see192

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see146

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see144

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see141

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see138

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see138

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see135

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see133

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see132

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see131

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see129

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see129

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see127

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see127

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see126

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see126

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see116

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri