Icma.az
close
up
RU
“Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...”

“Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Söhbət ondadır ki, nüvə silahına yiyələnəcəyi halda İran dövlətinin bizə qarşı münasibəti sərtləşərək qeyri-səmimi notlardan təhdidedici, təcavüzkar notlara keçməyəcək ki?..”

Beynəlxalq Atom Enerjisi Agentliyi - MAQATE-nin son məlumatına görə,  nüvə proqramını davam etdirən İran artıq 60 faiz zənginləşdirilmiş 165 kq urana malikdir. ABŞ rəsmiləri isə hələ ötən ildən deyirlər ki, Tehran cəmi "bir neçə həftə ərzində" nüvə silahı istehsal etmək gücünə çata bilər. Buna görə də hazırda Birləşmiş Ştatlar və İsrail İrana qarşı təzyiqləri daha da sərtləşdirmək fikrindədir. Hətta yeni ABŞ lideri Tramp həmin təzyiqləri maksimuma qaldırmaq barədə ayrıca qərar imzaladı. O da, İsrail baş naziri Netanyahu da son çıxışlarında İranın nüvə obyektlərinə zərbələr vurulmasının mümkünlüyünə də işarə ediblər...

Doğrudur, müstəqil Azərbaycan dövləti olaraq biz İranın əhalisinin əksəriyyəti canbir, qanbir soydaşlarımız olan, özü də qonşu bir müsəlman dövləti kimi digər xarici dövlətlər tərəfindən genişmiqyaslı zərbələrə məruz qalmasını qətiyyən istəmirik. Amma məsələ ondadır ki, bu günədək quzey Azərbaycanda müstəqil dövlətçiliyin varlığına qısqanclıqla yanaşan, hətta zaman-zaman bizə təzyiqlər, təhdidlər edən bu ölkənin rəhbərliyi nüvə silahına da yiyələndikdən sonra bütün regionla yanaşı, Azərbaycan üçün də təhlükəyə çevrilməyəcək ki? Hətta bu gün həmin dövlətin ikinci dərəcəli rəhbərinin təmiz Azərbaycan türkü olan, Azərbaycan türkcəsində danışan biri olmasına rəğmən...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov bunları söyləyib: 

“Bilirsiz, dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan dövləti müstəqillik illərində, istər Heydər Əliyev, istərsə də İlham Əliyev dövründə İranla səmimi olub. Hətta İrandakı soydaşlarımızla bağlı müəyyən fikirlər söyləyən, “Təbrizə bayrağımızı sancacağıq” şüarlarını səsləndirən Əbülfəz Elçibəy dövründə belə, Azərbaycan tərəfdən o dövlətə qarşı səmimilik olub.  Çünki  bəzi fikirlərimiz açıq deyilsə də, bütün o deyilənlər sözdən başqa bir şey deyildi.  Amma təkrar edirəm, o dövr də daxil, bütün müstəqilliyi boyu Azərbaycanın xarici siyasətində İranın daxili işlərinə qarışmaq halları olmayıb. Biz daim səmimi olmuşuq. Və həmin səmimilik bu gün də davam edir. Bunu hamı bilir. İran rəhbərliyində də bunu yaxşı bilirlər... 

Və Azərbaycanın bu gün əsas istəyi odur ki, bölgədə müharibə olmasın, sabitlik və inkişaf olsun. Biz unutmuruq ki, XIX əsrin əvvəllərində Rusiya imperiyasıyla imzalanmış Gülüstan, Türkmənçay müqavilələrinə qədər olan dövrdə də İranla müştərək tarixə malik olmuşuq, mədəniyyətimiz, dinimiz, məzhəbimiz bir olub. Və bugünkü əhalisinin 52 faizi qardaş-bacılarımız olan bir ölkəyə qarşı Azərbaycan yalnız və yalnız çox səmimi yanaşma ifadə edə bilər...  

Bu günlərdə Azərbaycanın baş naziri başda olmaqla yüksək səviyyəli bir nümayəndə heyəti İranda oldu,  müxtəlif mövzularda danışıqlar getdi.  İranın təsvir etdiyimiz bu çətin günlərində Azərbaycandan yollanan yüksək səviyyəli nümayəndə heyəti münasibətlərin inkişaf yollarını və hardasa həmin dövlətə bir kömək, dəstək vermə imkanlarını da müzakirə edir. Halbuki, gördüyümüz kimi, hazırkı geo-siyasi durumda bir çox dövlətlər müəyyən səbəblərdən İranla yaxınlıq etməkdən çəkinirlər. Azərbaycan isə bu gün də çalışır ki, İranla iqtisadi ticarət əlaqələri genişlənsin, ayrı-ayrı layihələrin icrası davam etdirilsin...  

Və biz zaman-zaman ritorik sual edirdik ki, İranın istər Ermənistan, istərsə də Rusiya ilə yaxınlığının nəticəsi nə olacaq. Nəhayət, zaman yetişəndə İran özü də gördü ki, məsələn, Ermənistanla on illərlə davam edən yaxın münasibətlərdən heç bir fayda əldə etmədi. Amma şahidi oldu ki, Azərbaycanın münasibətində səmimilik var və bu yalnız sözdə deyil, həm də əməldədir. Və bu gün də dövlətimiz İranla münasibətlərini inkişaf etdirmək üçün əlindən gələni edir...

“İndi söhbət ondadır ki, nüvə silahına yiyələnəcəyi halda İran dövlətinin bizə qarşı münasibəti sərtləşərək qeyri-səmimi notlardan təhdidedici, təcavüzkar notlara keçməyəcək ki?” sualını isə diplomat belə cavablandırıb:

“Bilirsiz, nüvə silahı heç bir ölkəyə və bütövlükdə bəşəriyyətə xoşbəxtlik gətirməyib. Sovet dövründə nüvə başlıqlarına malik olan Ukrayna müstəqillik əldə edəndən sonra onları Rusiya, ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya və s. dövlətlərin guya bu ölkəyə təhlükəsizlik təminatı verəcək bir bəyannaməsi əsasında təhvil verdi. Amma həmin sazişi pozan öncə nüvə dövləti olan Rusiya oldu və Ukraynaya amansız təcavüzü 3 ilə yaxındır ki, davam edir. Ona görə də beynəlxalq arenada belə bir deyim var: Rusiya hər hansı bir sənədi imzalayanda onu yerinə yetirmək üçün yox, pozmaq üçün imzalayır... 

Bütün bu baş verənləri dərk edən dövlət yalnız və yalnız regionda, dünyada sülh üçün çalışmalıdır. Və İranla qonşu olan Azərbaycan da bunun üçün əlindən gələni edir... Artıq beynəlxalq aləmdə belə bir fikir formalaşıb ki, Azərbaycan bir portnyor kimi daim dediyini yerinə yetirir...” 

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri