Icma.az
close
up
RU
Oqtay Qasımov: “Elçibəy Azərbaycan tarixində layiqli yerini alıb”

Oqtay Qasımov: “Elçibəy Azərbaycan tarixində layiqli yerini alıb”

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

  “O, siyasi olduğu qədər da mənəvi lider idi'"

“Elçibəy dövrü olmasaydı, bu gün test sistemi də olmayacaqdı!'"



Bu gün Azərbaycanın müasir tarixində xüsusi yeri olan, milli ruhun və azadlıq ideyasının simvoluna çevrilmiş böyük şəxsiyyət Əbülfəz Elçibəyin doğum günüdür.

XX əsrin sonlarında Azərbaycanın istiqlal mübarizəsində ön sıralarda yer alan Elçibəy, təkcə siyasi lider deyil, həm də bir ziyalı, müəllim və milli ideologiyanın daşıyıcısı kimi xalqın yaddaşında iz qoyub. Onun həyatı və fəaliyyəti bütöv bir xalqın azadlıq arzularını təmsil edirdi. Təsadüfi deyil ki, Azərbaycan xalqı Əbülfəz Elçibəyi “millət atası" adlandırırdı. Həmişə təvazökar, millətinə bağlı və mübarizə yolunda prinsipial olan Elçibəy, müstəqil Azərbaycanın qurulmasında və milli özünüdərkin formalaşmasında misilsiz rol oynayıb.


mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, Əbülfəz Elçibəy -Azərbaycanın XX əsrdə yetirdiyi ən görkəmli elm və ictimai-siyasi xadimlərdən biri kimi tarixə düşüb:

"Hələ gənc yaşlarından milli azadlıq ideyalarını mənimsəmiş, bu yolda həbs və təqiblərdən keçmiş Elçibəy, sonunda öz ideyalarını gerçəkləşdirməyə nail olub. Onun rəhbərlik etdiyi milli azadlıq hərəkatı Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynamış və bu mübarizə qələbə ilə nəticələnib. Azərbaycanın müstəqilliyi məhz həmin milli azadlıq hərəkatının ən böyük nailiyyəti kimi tarixə düşmüş, bu zəfərin əsas memarı isə Əbülfəz Elçibəydir. Dövlət xadimi kimi Elçibəy, qısa müddətli hakimiyyəti dövründə Azərbaycan tarixi üçün bir sıra mühüm və ilk addımlara imza atıb. Bu addımlar sırasında ilk növbədə milli valyutanın – manatın tədavülə buraxılması qeyd olunmalıdır. Eləcə də, Rusiya ordusunun Azərbaycanın ərazisindən tamamilə çıxarılması ölkənin suverenliyi baxımından olduqca əhəmiyyətli bir hadisə idi. Məhz bu siyasətin nəticəsində Azərbaycan bu gün də postsovet məkanında ərazisində üçüncü ölkənin hərbi bazası və ordusu olmayan nadir dövlətlərdən biri sayılır".


Politoloq əlavə edib ki, Elçibəy dövründə Azərbaycan Ordusu ilk uğurlu hərbi əməliyyatlarını həyata keçirmiş, Ağdərə rayonu və keçmiş Şamiyan kəndi (indiki Ağcəkənd) işğaldan azad edilib:

"Bu uğurlar Azərbaycan cəmiyyətində özünə inamın bərpası baxımından xüsusi önəm daşıyır.

Əbülfəz Elçibəyin həyata keçirdiyi islahatlardan biri də təhsil sahəsində olub. Onun təşəbbüsü ilə ali təhsil müəssisələrinə qəbulda test üsulu tətbiq edilib. Bu da sovet dövründən qalma bir çox neqativ halların qarşısını alaraq minlərlə Azərbaycan gəncinin şəffaf şəkildə ali təhsil almasına imkan yaratdı. Həmçinin Elçibəy dövründə minlərlə gənc Türkiyəyə və digər xarici ölkələrə təhsil almaq üçün göndərilib. Onların çoxu bu gün ölkənin müxtəlif sahələrində yüksək ixtisaslı mütəxəssislər kimi fəaliyyət göstərməkdədir. Bütün bunlarla yanaşı, Əbülfəz Elçibəy elm sahəsində də öz sözünü demiş bir şəxsiyyət idi. Onun bəzi elmi tədqiqatları tarix elmi baxımından yüksək dəyərləndirilir.

Əbülfəz Elçibəy — həm siyasi, həm də mənəvi baxımdan təmiz, təvazökar, millətini təmənnasız sevən bir şəxsiyyət və Prezident kimi Azərbaycan tarixində layiqli yerini alıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri