Həyat yoldaşına iş verilməyən Vətən müharibəsi iştirakçısı nazirliyi İTTİHAM EDİR
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Sumqayıt şəhər sakini, keçmiş məcburi köçkün, Vətən müharibəsi iştirakçısı Mirzəyev Ədazil Ədalət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi həyat yoldaşına iş verməyən Mədəniyyət Nazirliyini ittiham edir:
“Mən, Mirzəyev Ədazil Ədalət oğlu, yazaraq bildirirəm ki, 2020-ci ildə Vətən müharibəsində iştirak etmişəm. Qubadlı uğrunda gedən döyüşlərdə yaralanmışam.
2020-ci ilin dekabr ayında ordudan təxris olunmuşam. Ali Baş Komandan tərəfindən 6 medalla tərtif edilmişəm.
2022-ci ildə ailə həyatı qurmuşam. Yoldaşım Mirzəyeva Aysu Mansur qızı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Mədəniyyət Nazirliyinə işlə bağlı müraciət etmişik. Lakin həyat yoldaşım heç bir işlə təmin olunmayıb. “Boş yer yoxdur”, - deyirlər.
Sonuncu dəfə nazir müavini Murad Hüseynovun qəbulunda oldum. Sentyabr ayına kimi gözləməyimizi məsləhət gördü...
Sumqayıt Regional Mədəniyyət İdarəsinin direktoru da məsələ ilə bağlı köməklik göstərmədi. “Boş yer yoxdur”, - deyirlər.
Səlahiyyətli qurumlardan xahiş edirəm, yoldaşımın işlə təmin olunmasına köməklik göstərilsin”.
Jalə FAMİLQIZI
Baxış sayı:45
Bu xəbər 22 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















