Icma.az
close
up
RU
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri AZƏRTAC da olublar VİDEO

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri AZƏRTAC da olublar VİDEO

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 may, AZƏRTAC

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) qonağı olublar.

Məktəblilər Agentliyin binasında AZƏRTAC-ın fotoarxivindən olan və Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini əks etdirən fotolarla tanış olublar. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.

Müasir Təhsil Kompleksinin şagirdləri şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə guşəsi ilə böyük maraqla tanış olublar.

Məktəblilər informasiyanın alınması, buraxılışa hazırlanması və redaktəsi prosesi ilə tanış olublar, onlara xəbərlərin müxtəlif dillərə tərcümə prosesinin özəllikləri barədə məlumat verilib.

Şagirdlərə AZƏRTAC-ın Uşaq Bilik Portalı təqdim edilib (portal.azertag.az). Uşaq Bilik Portalı 2013-cü ildə AZƏRTAC tərəfindən açılmış internet resursdur. Burada cizgi filmləri, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və digər maraqlı materiallar yerləşdirilir. Eyni zamanda, portalda uşaq yaradıcılığı rubrikası var, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və s. bacarıqları haqqında məqalələr hazırlanır və yayımlanır. İzləyicilər uşaqların maraq dairəsinə daxil olan tədbirlər haqqında operativ xəbərlər də əldə edə bilərlər. Məktəblilər üçün burada Azərbaycanın dövlət atributları, işğaldan azad edilmiş rayon və şəhərlər, milli musiqi və kino, incəsənət və digər sahələr barədə ətraflı məlumatlar təqdim olunur. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Instagram” və “Facebook” səhifələrində də izləmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri