Icma.az
close
up
RU
Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... RƏSULZADƏ

Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... RƏSULZADƏ

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Moderator.az xəbər verir ki, bu barədə o, Modern.az-a müsahibəsində danışıb. Rais Rəsulzadə atası Azər Rəsulzadə ilə birlikdə 1991-ci ildə Heydər Əliyevlə görüşdüyünü xatırlayır.

"1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə zəngləşib danışmışdılar, görüşməli idilər. Görüşə hələ vaxt vardı. Atam mənə dedi ki, gəl, Şəhidlər Xiyabanına gedək, şəhidlərimizi ziyarət edək.

Şəhidlər Xiyabanını ziyarət etdik. Kimsə yox idi, ikimiz idik. Birdən atam qoluma toxundu ki, bax, o, Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən də Heydər Əliyev jurnalistlərə müsahibə verirdi. Heydər Əliyev bizi görən kimi yanındakı adamların hamısını araladı, bizə tərəf gəldi.

Atamla salamlaşdı, dedi ki, Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz? 

Atam dedi, bəli.

Heydər Əliyev dedi ki, mən sizi bir dəfə televizorda görmüşəm.

Necəsiniz? Nə var, nə yox?

Eşitmişdim, problemləriniz var. Səhhətiniz nə yerdədi?”.

Atam cavab verdi ki, "xalq düşməni" damğasını atıb, gəlib Vətənə.

Heydər Əliyev dedi ki, o da "kommunist" damğasını atıb. Sabah burada Milli Məclisdə çıxış edəcək.

Heydər Əliyev atama dedi, Naxçıvanda olsaydı, atama hər cür şərait yaradardı. Bizimlə görüşdüyü dönəmdə Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərirdi. Bildirdi ki, indi burada səlahiyyəti yoxdur, bizi Naxçıvana dəvət etdi.

Əlavə etdi ki, Naxçıvanda  masasının üzərindən Leninin büstünü atıb, əvəzinə Məhəmməd Əmin Rəsulzadənin büstünü qoyub, Cümhuriyyət bayrağını asıb...

Fotoda: Ümummilli Lider Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin məzarı başında

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri