Icma.az
close
up
RU
Heydər Əliyev Dahilər dahisi

Heydər Əliyev Dahilər dahisi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər il dekabrın 12-də xalqımız, eləcə də, dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin Anım gününü böyük el məhəbbəti, minnətdarlıq hissi və ehtiramla yad edir. Bu gün Azərbaycanın dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşulmasının, ölkəmizin sabitlik məkanı kimi tanınmasının və xalqımızın azad, firavan yaşamasının əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İllər bizi Ulu Öndərin cismani yoxluğundan uzaqlaşdırsa da, qüdrətli şəxsiyyət bu gün də hər birimizin qəlbində yaşayır və bundan sonra da yaşayacaq. Tarixə öz adını  Azərbaycanın xilaskarı kimi əbədi həkk etmiş Ulu Öndərin həyat və fəaliyyəti hər bir soydaşımızın qürur mənbəyinə çevrilib. 1993-cü ildə - Azərbaycanın müstəqilliyi uçurumun bir addımlığında olduğu bir vaxtda xalqın təkidi ilə ölkəyə rəhbərlik etməyə başlamış Ulu Öndər bu yolda anti-Azərbaycan qüvvələrinin təzyiq və təhdidlərinə baxmayaraq, respublikamızın müstəqilliyini əbədiyyətə çevirdi.
Bu fikirləri redaksiyamıza  açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan, xalqın etimadını qazanan, insanları arxasınca aparmağa qadir lideri olub. Həmin lider dövlət idarəçiliyindəki zəngin təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyəti ilə xalqını, Vətənini çətinliklərdən, siyasi və iqtisadi böhrandan xilas edir, beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev də belə görkəmli dövlət xadimlərindəndir. Onun həyat yolu, siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki zəngin təcrübəsi yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ümummilli Liderin Azərbaycana yenidən rəhbərlik etdiyi illər tariximizə milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
“Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər birimizin ürəyincədir. Əvvəla, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Digər tərəfdən Azərbaycanın bu gün dünyada qalib ölkə kimi tanınmasının əsasını məhz Ulu Öndər qoyub. Yəqin ki, 1990-1993-cü illərin birinci yarısına qədər ölkədə baş verənləri heç kim unutmayıb. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrini xalqımız, gələcək nəsil heç vaxt unutmayacaq. Həmin gün istiqlaliyyət istəyi ilə küçə və meydanlara çıxan əliyalın insanlara sovet rejimi tərəfindən tutulan qanlı divan bu gün də gözlərimiz önündə canlanır. O vaxt ölkəyə rəhbərlik edənlər bütün vasitələrlə imperiya rəhbərliyinə haqq qazandırmağa çalışırdı. Ancaq qanlı faciənin ertəsi gün Ulu Öndər Heydər Əliyev ailə üzvlərinin və özünün həyatını təhlükə qarşısında qoyaraq Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək respublikamızda əliyalın insanlara tutulmuş divan barəsində ətraflı məlumat verdi. Bu hadisədən sonra nə Azərbaycanın ovaxtkı rəhbərliyi, nə də keçmiş SSRİ rəhbərliyi əsl həqiqəti dana bildi”, - deyə komitə sədri vurğulayıb.
Xalqın təkidli xahişindən sonra Ümummilli Lider Heydər Əliyevin ömrünün qalan hissəsini müstəqil Azərbaycanın inkişafına həsr etməsindən də söhbət açan Ç.Qənizadə deyib: “Bu məqamlar Prezident İlham Əliyevin imzaladığı Sərəncamda da öz əksini tapıb. Sərəncamda qeyd edilirdi ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir”.
Hüquq müdafiəçisi bildirib ki, Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Ermənistanın 30 illik işğalına son qoymasının, bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasının əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Ulu Öndər Heydər Əliyevin ideyaları bir-birinin ardınca həyata keçilməsi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Ən əsası isə torpaqlarımızın işğaldan azad edilməsi Ümummilli Liderin ən böyük arzusu idi. Bu arzunu onun ən layiqli varisi Prezident İlham Əliyev reallaşdırdı. Dövlət başçımızın dediyi kimi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri