Icma.az
close
up
RU
Heydər Əliyev hansı Baş nazir haqda “belələri 2 3 aylıqdır!” demişdi...

Heydər Əliyev hansı Baş nazir haqda “belələri 2 3 aylıqdır!” demişdi...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

“Demək olar, həftədə bir dəfə Naxçıvana, Heydər Əliyevlə görüşməyə gedirdim. Kişiyə görə üzümə yaxşı baxırdılar, hörmətlə qarşılayırdılar”.
Modern.az-ın məlumatına görə, bunu 1992-ci ildə YAP-ın qurulmasında iştirak etmiş “91-lər”in üzvü Xeyrəddin Qoca Ümummili liderlə bağlı xatirələrini bölüşərkən bildirib.
“Heydər Əliyevə bütün maraqlandığım sualları verirdim, o da səbrlə hamısını cavablandırırdı. Amma mən öyrəndiklərimi yazmırdım, sadəcə yadda saxlamağa çalışırdım. Ümumiyyətlə, böyük Şəxsiyyət haqqında onlarla məqalə çap etdirmişəm, onların heç biri müsahibə deyil...”, - X.Qoca deyib.
O, bir dəfə Naxçıvanda üzləşdiyi hadisəni də danışıb:
“Bir dəfə Heydər Əliyevlə görüşəndə Naxçıvanın Baş naziri Becan Fərzəliyev və Ümummilli liderin köməkçisi Vasif Talıbov da orada idi. Heydər Əliyev "jurnalist dostumdur, Bakıdan gəlib" deyə, məni Becan Fərzəliyevə təqdim etdi. Becan mənə "xoş gəlmisiniz" də demədi, üzünü çevirib aralandı. Mən təəccüblə Heydər Əliyevə baxdım, o, "gördüm, - dedi və əlavə etdi: "Belələri 2-3 aylıqdır!" Soruşdum ki, "Baş nazir 2-3 aylıqdır?" Heydər Əiyev "belələri az zamanda nəsə bir dövləti səhv edir, ya da əyri işlər görürlər!"

Elə də oldu. Deyilənə görə, Becan Fərzəliyev satmaq üçün İrandan vaqonla saqqız gətirirmiş, elə onun üstündə də ilişib, bizim söhbətimizdən 2 ay sonra işdən uzaqlaşdırılmışdı...”
YAP-ın qurulmasında iştirak etmiş Xeyrəddin Qoca "Yeni Azərbaycan" qəzetinin ilk baş redaktoru olub. O, 1993-1997-ci illərdə qəzetə rəhbərlik edib.



X.Qoca “Yeni Azərbaycan”ın necə yarandığını belə xatırlayır:
“1992-ci ildə Naxçıvanda YAP təsis olunanda ümumilli lider Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən isə bildirdim ki, jurnalist olduğum üçün tez-tez keçiriləcək iclaslarda iştirak edə bilməyəcəyimdən ehtiyat edirəm. Heydər Əliyev də “onda səni Siyasi Şuranın üzvü seçərik…” deyə bildirdi.
Siyasi Şura yığışdı. Orada bəzi məsələlər müzakirə olundu, o cümlədən, partiyanın qəzetinin yaradılmasının vacibliyi Siyasi Şura üzvlərinin nəzərinə çatdırıldı.
Bəziləri dedi ki, gəlin, qəzetin adını “Yeni Azırbaycan” qoyaq, partiyanın adına uyğundur. Mən isə bildirdim ki, “yeni” sözü ilə çıxan qəzetlər çoxdur, bəlkə başqa ad seçək. Heydər Əliyev “qəzetin adının “Proqress” qoyulması necə olar?”,- deyə soruşdu. Hərə bir fikir söylədi, axırda qəzetin “Yeni Azərbaycan” adı ilə çıxarılması qərara alındı. Sonra üzünü mənə tutub dedi: “Xeyrəddin Qoca, mən bilirəm, sən “Səs” qəzetinin redaktoru olmaqdan imtina etmisən ki, partiyanın qəzeti yaradılacaq… Sən olarsan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru...
…1993-cü il martın 26-da Rafael Allahverdiyevlə məni qəzetin yaradılmasına hazırlıqla əlaqədar Naxçıvana çağırdı. Onda Heydər Əliyev artıq, Naxçıvan MR Ali Məclisinin sədri idi. Söhbət zamanı mənə dedi ki, qəzet aprelin 10-da çıxmalıdır.
Dedim ki, belə az vaxtda qəzeti çıxarmaq çətindir. İş otaqları yox, müxbirlər yox, yazılar yox, heç bir avadanlıq yox! Heydər Əliyev dilləndi: “Bürokrat olma, get, qəzeti çıxart!”
İndi mənim təkbaşına işə necə girişdiyimi təsəvvür edin. Əlbəttə, Heydər Əliyev dediyi gün - aprelin 10-da qəzetin ilk nömrəsini çıxardım”. 

Xatırladaq ki, Becan Fərzəliyev 1991 ilin sentyabrından 1993-cü ilə qədər Naxçıvan Muxtar Respublikanın baş naziri olub. Becan Fərzəliyev hazırda Türkiyədə yaşayır.

2005-ci ildə onun baş nazir olduğu dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı cinayət işi açılıb və Fərzəliyev həmin işdə əsas şübhəli şəxs olub. 

2006-cı ilin yanvarında cinayət işinə xitam verilib, şübhəlilərin heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri