Icma.az
close
up
RU
Qəbələdə “Heydər Əliyev və milli mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçirilib

Qəbələdə “Heydər Əliyev və milli mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev konfransı açaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etdiyini vurğulayıb, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, müasir dövrdə, qloballaşmanın vüsət aldığı indiki tarixi mərhələdə milli-mənəvi dəyərlərin hüdudlarını müəyyənləşdirmək getdikcə çətinləşir. Bir çox xalqlar iki yolun ayrıcında – qloballaşma ilə ayaqlaşmaq və milli-mənəvi dəyərləri qorumaq arasındakı çox incə xətti müəyyən etmək kimi çətin seçim qarşısında qalıb. Bu yolayrıcında Azərbaycan öz dəyərlərinə sadiqlik prinsipini seçib. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasının əsas qayəsi də elə qloballaşma meydanına öz kimliyimizlə çıxmağı nəzərdə tutur.

Komitə sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin ən çətin və ziddiyyətli bir dövründə bütün məsuliyyəti öz üzərinə götürərək, milli dövlətçiliyimizi xilas etməklə yanaşı, həm də tarixi ənənələrə yeni məzmun gətirən mütərəqqi islahatlar həyata keçirib. İctimai-siyasi sabitlik, etnik və dini tolerantlıq, adət-ənənələrə, mədəni irsə hörmət kimi ali dəyərlər Ulu Öndərin qurduğu milli dövlət modelinin ideoloji təməlini təşkil edir. Prezident İlham Əliyevin uzaqgörən qərarları bu modeli daha da təkmilləşdirərək, ölkəmizi dünyada öz sözü, öz imzası ilə tanınan, ehtiram göstərilən müasir dövlətə çevirib.

Milli Məclisin deputatı Eldar İbrahimov konfransın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel şəkildə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan və milli-mənəvi dəyərlərə əsaslanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, vətəndaşların rifahını təmin edən dövlətin qurulmasıdır. Deputat qeyd edib ki, bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli-mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir.

Regional konfrans işini panel iclasları ilə davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see424

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see205

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see196

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see158

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see155

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see154

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see146

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see142

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see129

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri