Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert olub FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun - Milli Qurtuluş Günündə konsert proqramı təqdim edilib.
Milli.Az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə tanınmış müğənnilər, musiqi və rəqs kollektivləri çıxış edib.
İki saata yaxın davam edən tədbir boyunca Azərbaycana, dogma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səslənib.
Mərkəzin parkında konserti izləyən yüzlərlə tamaçası mahnıları müğənnilərlə birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanıblar.
Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 İyun 2025 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















