MOSSAD Livanda gizli əməliyyat keçirdi Kritik şəxs qaçırıldı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin kəşfiyyat xidməti MOSSAD Livanda gizli əməliyyat keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı təqaüddə olan ümumi təhlükəsizlik zabiti Ahmad Şükr adlı şəxs qaçırılıb.
Livan KİV yazır ki, Şükrün qaçırılması 1986-cı ildə itkin düşmüş İsrail Hərbi Hava Qüvvələrinin pilotu Ron Arad işi ilə əlaqəli ola bilər. İddiaya görə, Ron Arad 1986-cı ildə Livanı bombaladığı zaman təyyarəsinin vurulmasından sonra “Əməl” Hərəkatı tərəfindən sağ ələ keçirilib. İsrailin Aradın taleyi ilə bağlı axtarışları həmin ildən etibarən davam etdirdiyi qeyd olunur.
Fotoda Ron Arad
Məlumata əsasən, MOSSAD agentləri əməliyyatdan iki gün əvvəl Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə Livana daxil olub. Agentlərin İsveç pasportları daşıdığı və əməliyyatdan qısa müddət sonra ölkəni tərk etdikləri iddia edilir.
Livanlı mənbələr bildiriblər ki, Ahmad Şükr Bəkaa vadisində yerləşən Nəbi Şit kəndində qaçırılıb. Əlavə məlumat verilməyib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Dekabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















