Icma.az
close
up
RU
Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində, müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynamış dahi şəxsiyyətdir. Ulu Öndərin zəngin dövlətçilik irsi və uzaqgörən siyasi kursu ölkəmizin davamlı inkişafının möhkəm təməlini formalaşdırmış, xalqımızın gələcək inkişaf yolunu müəyyən etmişdir. O, regionların sosial-iqtisadi inkişafını daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək Azərbaycanın hərtərəfli tərəqqisinə xidmət edən mühüm strateji əsaslar yaratmışdır. Onun diqqət və qayğısını daim hiss edən bölgələrdən biri də qədim tarixi, zəngin kənd təsərrüfatı potensialı və əməksevər insanları ilə seçilən Bərdə olmuşdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib.

O qeyd edib ki, Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif mərhələlərində Bərdə rayonuna münasibəti strateji baxış, iqtisadi dirçəliş modeli və bölgə insanına olan xüsusi etimadın təzahürü idi. Xüsusilə 1970-1980-ci illərdə Azərbaycanın kənd təsərrüfatında həyata keçirilən genişmiqyaslı islahatlarda Bərdə əsas mərkəzlərdən biri kimi ön plana çıxmışdı.

Arxiv materiallarına əsasən o dövrün statistik göstəriciləri və kənd təsərrüfatı hesabatları göstərir ki, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda pambıqçılıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ulu Öndər pambığı təsadüfi olaraq “ağ qızıl” adlandırmırdı. O bilirdi ki, pambıqçılıq minlərlə ailənin rifahı, kəndlərin sosial inkişafı və region iqtisadiyyatının hərəkətverici qüvvəsidir.

Həmin dövrdə Bərdə pambıq istehsalında respublikanın aparıcı rayonlarından birinə çevrilmişdi. Rayonda yeni suvarma sistemləri qurulur, meliorasiya layihələri həyata keçirilir, kənd təsərrüfatı texnikaları yenilənirdi. Kolxoz və sovxozların maddi-texniki bazası gücləndirilir, kənd insanının əməyinə dövlət səviyyəsində yüksək qiymət verilirdi.

“Tarixi mənbələr göstərir ki, Ulu Öndər Heydər Əliyev sovet dövründə müxtəlif illərdə dəfələrlə Bərdə rayonuna səfərlər edib, kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə yerində maraqlanıb, pambıqçı və zəhmət adamları ilə birbaşa görüşlər keçirib. Həmin səfərlər formal xarakter daşımırdı. Ulu Öndər hər zaman bölgələrin real problemlərini yerində öyrənməyi, qərarları xalqın içində verməyi üstün tuturdu. Xüsusilə Bərdənin pambıqçılıq potensialı onun diqqət mərkəzində olub və rayonun aqrar inkişafı üçün mühüm dövlət qərarları qəbul edilib.

Bu gün də pambıqçılıq Azərbaycanın strateji kənd təsərrüfatı sahələrindən biri olaraq xüsusi əhəmiyyət daşıyır. Çünki pambıqçılıq regionlarda məşğulluğun artırılması, kənd əhalisinin sosial rifahının gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm rol oynayır. Dövlət tərəfindən bu sahəyə verilən subsidiyalar, texniki dəstək, yeni emal müəssisələrinin yaradılması və fermerlərə göstərilən güzəştlər bir daha göstərir ki, vaxtilə Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar inkişaf siyasəti bu gün də uğurla davam etdirilir. Xüsusilə Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət pambıqçılığın yenidən ölkə iqtisadiyyatında önəmli mövqe qazanmasına səbəb olub”, - deyə Milli Məclisin deputatı bildirib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev üçün regionların inkişafı yalnız məhsul istehsalı ilə məhdudlaşmırdı. O, yaxşı anlayırdı ki, güclü kənd təsərrüfatı üçün, ilk növbədə, sosial infrastruktur qurulmalıdır. Məhz buna görə də Bərdədə yollar çəkildi, məktəblər, xəstəxanalar, mədəniyyət evləri istifadəyə verildi, enerji və su təminatı gücləndirildi.

1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Bərdə rayonunda aparılan tikinti və abadlıq işləri regionun simasını dəyişmişdi. Arxiv fotolarında və sənədlərdə həmin dövrdə rayonda tikilən inzibati binalar, istehsal müəssisələri, yeni yaşayış massivləri bu inkişafın canlı sübutu kimi qalır.

Ən vacib məqamlardan biri isə insanların gələcəyə inamının formalaşması idi. Çünki Ulu Öndərin siyasətində əsas amil insan faktoru idi. O, bölgə insanının zəhmətini dövlətin gücü hesab edirdi.

“Bu gün Azərbaycanın regionlarının inkişaf modelinə baxdıqda, onun təməlində məhz Heydər Əliyev məktəbinin dayandığını aydın görürük. Müasir Azərbaycanın regional inkişaf konsepsiyası, kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahənin yenidən prioritetə çevrilməsi həmin siyasətin davamıdır. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən aqrar layihələr, kənd təsərrüfatının modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramları Ulu Öndərin müəyyən etdiyi strateji xəttin müasir mərhələdəki davamıdır.

Mayın 10-da Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edir. Bu tarix dövlətçilik məktəbinin, xalqına bağlı liderlik nümunəsinin və milli inkişaf strategiyasının simvoludur.

Bölgələrin inkişaf tarixinə baxdığımızda bir həqiqət aydın görünür ki, Ulu Öndər hər rayonda Azərbaycanın gələcəyini görürdü. Bu gün Bərdənin tarlalarında, kəndlərində, insanların dövlətə bağlılığında, zəhmətə verilən dəyərdə həmin siyasətin izləri yaşayır. Çünki bəzi liderlər təkcə ölkə idarə etmir. Onlar tarix yazırlar”, - deyə Fatma Yıldırım vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri