Icma.az
close
up
RU
Heydər Əliyev və Ukrayna hetmanları: dövlət rəhbərliyi tipologiyası

Heydər Əliyev və Ukrayna hetmanları: dövlət rəhbərliyi tipologiyası

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

(əvvəli ötən sayımızda)

Heydər Əliyev, milli, tarixi və sivilizasiya miqyasında düşünən lider-dövlətçi obrazını təcəssüm etdirirdi. Onun müasir Azərbaycan tarixindəki fəaliyyəti Ukraynanın hetmanlıq ənənəsi ilə, xüsusilə Boqdan Xmelnitski, İvan Mazepa və Kiril Razumovski kimi şəxsiyyətlərlə dərin tarixi paralellər təşkil edir. Əliyev də, hetmanlar kimi, dövlətin çökmə təhlükəsi ilə üz-üzə qaldığı bir anda fəaliyyətə keçmişdir. Onların hər biri aşağıdakı tarixi vəzifələrin öhdəsindən gəlmişdir: 1) dərin siyasi və hərbi böhrandan sonra dövləti stabilizə etmək; 2)müasir milli ideyanı formalaşdırmaq və həyata keçirmək; 3) Konstitusiya bazasında hüquqi dövlətin əsaslarını qoymaq;

idarəetməni və dövlət institutlarına inamı bərpa etmək;

suverenliyin qorunmasını təmin edən səmərəli xarici siyasət həyata keçirmək; 4) milli identiklik forması kimi siyasi varisliyi möhkəmləndirmək (azərbaycançılıq konsepsiyası vasitəsilə).

Tarix sübut edir: həqiqi liderlik zamanın sınağından keçir. Necə ki, ukraynalılar bu gün də hetmanlara milli dövlətçiliyin simvolu kimi müraciət edirlər, azərbaycanlılar da Heydər Əliyevi müasir Azərbaycanın banisi kimi dərin ehtiramla yad edirlər. Ukrayna hetmanları ilə Heydər Əliyevin tipoloji müqayisəsi bir daha göstərir ki, uğurlu dövlət quruculuğu həmişə dərin milli ideya, güclü siyasi iradə, strateji diplomatiya və xalq qarşısında tarixi məsuliyyət üzərində qurulur.

Heydər Əliyev təcrübəsinin Ukrayna üçün aktuallığı

Heydər Əliyevin dövlət rəhbərliyi təcrübəsi təkcə Azərbaycanın tarixi kontekstində deyil, həm də postsovet məkanında, xüsusən də Ukraynada baş verən dövlət quruculuğu proseslərinin müqayisəli təhlili üçün qiymətli materialdır. XXI əsrdə bir çox dövlətlər siyasi parçalanma, xarici müdaxilə, kimlik böhranı və effektiv institutların formalaşması ilə bağlı çətinliklərlə üzləşdikcə, Heydər Əliyevin timsalında təcəssüm olunan liderlik modeli xüsusi diqqətə layiqdir.

Burada söhbət yalnız liderin fərdi keyfiyyətlərindən deyil, həm də postkolonial xaos şəraitində dövlət quruculuğuna sistemli yanaşmadan gedir – bu yanaşma Ukraynanın tarixi təcrübəsi ilə səsləşir. Ən başlıcası, Heydər Əliyev daxili destabillik, müharibə, iqtisadi iflas və faktiki idarə olunmazlıq şəraitində Azərbaycanı bütöv, müstəqil və fəaliyyət qabiliyyətli bir dövlət kimi qoruyub saxlaya bildi. O, hakimiyyətin vertikalını bərpa etdi, siyasi nizamsızlığa son qoydu və gələcək inkişaf üçün möhkəm təməl yaratdı. Bu təcrübə müasir Ukraynanın reallığına çox yaxındır, çünki ölkə son illərdə dəfələrlə dövlət idarəçiliyinin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətinin kəsb etdiyi vəziyyətlərlə qarşılaşıb. Əliyev modelinin mühüm komponentlərindən biri də birləşdirici milli ideyanın formalaşdırılması idi. Onun “azərbaycançılıq” konsepsiyası cəmiyyəti parçalamır, əksinə – bütün sosial, etnik və mədəni komponentləri vahid dövlət kimliyində inteqrasiya edirdi. Oxşar çağırışlar bu gün Ukrayna cəmiyyətinin qarşısında da dayanır – xüsusən müharibə və daxili parçalanmanı hədəfləyən hibrid təhlükələr fonunda. Azərbaycan təcrübəsi göstərir ki, milli birlik bənzərliyin deyil, siyasi müdrikliyin və birləşdirici ideologiyanın nəticəsidir – bu ideologiya istisna etmir, əksinə birləşdirir. Heydər Əliyevin xarici siyasətdə strateji uzaqgörənliyi də ayrıca vurğulanmalıdır. O, mürəkkəb regional şəraitdə bir tərəfdən Qərblə sıx tərəfdaşlıq, digər tərəfdən isə qonşularla konstruktiv dialoq əsasında balanslı bir kurs qurmağa nail oldu. Azərbaycan başqalarının geosiyasi oyunlarının obyektinə çevrilmədən, beynəlxalq münasibətlərdə müstəqil subyekt olaraq çıxış etdi. Bu kontekstdə Ukraynanın da xarici siyasəti prinsiallıq ilə çevikliyin, strateji tərəfdaşlıq ilə realizmin uzlaşdırılmasının vacibliyini nəzərə almalıdır. Bütün bu keyfiyyətlər – kritik anda siyasi qətiyyət, milli ideyanın yaradılması, diplomatik elastiklik və institusional modernləşmə – Heydər Əliyevi Ukraynanın hetmanlıq ənənəsinə yaxın olan dövlətçi lider obrazı kimi təqdim edir. Məhz Boqdan Xmelnitski, İvan Mazepa və Kiril Razumovski kimi şəxsiyyətlər bir zamanlar xalqın taleyinə məsuliyyətlə yanaşaraq şəxsi maraqla deyil, tarixi missiya hissi ilə hərəkət edirdilər. Heydər Əliyev də müasir dövrün belə liderlərindən biridir.

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çoxları məlumatlıdır. Dünyanın istənilən yerində onun haqqında danışanda dərhal Azərbaycanı xatırlayırlar, Azərbaycandan danışanda isə mütləq Heydər Əliyevi xatırlayırlar. O, sadəcə öz dövrünün qəhrəmanı deyildi, dövrün adamı oldu. Onun tarixi mahiyyətli və böyük tərbiyəvi əhəmiyyətə malik ibrətlərlə dolu ömür yolunun tədqiqi keçmişimizə qiymət verməklə yanaşı, gələcəyə gedən yolumuzu da müəyyənləşdirərək siyasət və diplomatiya müstəvisində Heydər Əliyevin yaşadığı kimi yaşamaq, Vətəni Heydər Əliyev kimi sevmək istiqamətlərinə yönəldildi. Bu nöqteyi nəzərdən də Ukraynada Əliyevə görkəmli siyasi xadim kimi hörmət və minnətdarlıqla yanaşırlar. O, Yaroslav Müdrik ordeni ilə təltif edilib, Kiyev şəhərinin fəxri vətəndaşı və Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adını layiq bilinib. Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığındakı park onun adını daşıyır. 2004-cü il iyunun 4-də Kiyevdə Heydər Əliyevin dünyada ilk abidəsinin açılışında Ukrayna Prezidenti Leonid Kuçma demişdir: “Heydər adı qədim türkcədə qabağa çapan atlı kimi tərcümə olunur – bu ad Ulu öndərin ruhunu və qətiyyətini tam əks etdirir”.

Xalq Heydər Əliyevdən böyük və müdrik siyasətçi kimi danışır. Ondakı parlaq natiqlik istedadı aydın və möhkəm, addım-addım, qarşıya qoyulan məqsədə əməl etmək bacarığı ilə birləşirdi. Ən yüksək intellektual potensiala malik dövlət rəhbəri, həm də mükəmməl insani keyfiyyətli bir insan xarakterlərini təsdiqlədi. Onun prinsiplərə sadiqliyi və fədakarlığı, xeyirxahlığı və nəcibliyi bütün həyat vəziyyətlərində özünü göstərirdi. O, həmişə əmin idi ki, “həyatda hər kəs şöhrət və ya alçaqlığı, şəxsi rifahı və ya ictimai vəzifəni, tamah və ya vicdanı seçir”. Onun “Dövlətçilikdə Günahlı şəxsin cəzalandırılmaması, əksinə günahsızın cəzalandırılması ən baxışlanılmaz şərtdir” sözləri də diqqətdə olmalıdir. Bu barədə görkəmli liderimizin mənalı, aydın, ziyalı, dəmir məntiqli, qətiyyətli ictimai çıxışları hamımızın yadındadır.

Məşhur bir məsəl var ki, insan həyatında üç şey etməlidir: ev tikmək, ağac əkmək, oğul böyütmək. Yalnız bundan sonra onun həyatını başa çatmış hesab etmək olar.

Heydər Əliyev ölkədə – müstəqil Azərbaycanı qurdu, onu gül-çiçək bağına çevirdi, ölkənin tərəqqi və səadət yolunu davam etdirən layiqli davamçını yetişdirdi.

Mənim şəxsi görüşlərim zamanı bir neçə dəfə qarşısında çıxışlarımla və Heydər Əliyev ili olan 2023-cü ildə Ukraynada çap olunan “Millət Atası” elmi-monoqrafiyamdakı fikirlərimi böyük şərəflə qeyd etmək şərəfdir ki, Heydər Əliyev həmişə Vətənə, xalqına hədsiz məhəbbət, onu xoşbəxt, əmin-amanlıq və mehriban yaşamaq, insanpərvərlik və ədalətli görmək arzusunu rəhbər tuturdu. Bu gün elə bir sahə yoxdur ki, Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar ona toxunmasın. O, çox böyük siyasi irs qoyub, öz siyasi kursunun layiqli davamçılarını yetişdirib. Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Ulu öndərin göstərdiyi yolla Prezident

İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə gələcəyə inamla addımları nəticəsində Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirilərək, onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoylaraq, ikili standartlar zərərsizləşdirilərək bütün türk dünyasında qürur hissi ilə qarşılanır.

Ulu öndərin ruhunun ən dəyərli rəmzi vasitəsi kimi üç rəngli bayrağımız Ali Baş komandanın və Azərbaycan xalqının yekdilliyi ilə 30 illik müddət ərzində suveren və ərazi bütövlüyümüzün tam təminatı, BMT Təhlükəsizlik şürasının 30 illik 4 Qətnaməsi yerinə yetirilərək “Qarabağ Azərbaycandır” sözlərini təsdiqləyərək işğaldan azad edilən bütün Qarabağımızda ucaldıldı. 2025 -ci ilin Azərbaycanda Respublikasında “Konstitusiya və Suverenlik” ili elan olunması da dövlətçilik səviyyəsində əldə olunan dəyərləri bir daha təsdiqləyir.

Ümumbəşəri məhəbbəti qazanmaq üçün təkcə yaxşı siyasətçi olmaq kifayət deyil, müstəsna universal insani keyfiyyətlərə malik olmaq lazımdır. “Böyük siyasət xırda hisslərə, maraqlara tabe edilə bilməz” deyən xalq məhəbbətini qazanan Heydər Əliyev buna əmin idi. Onun tükənməz enerjisi Azərbaycan xalqını yeniləşən, qurucu, xoşbəxt Azərbaycana inamla ruhlandırdı.

Heydər Əliyev xalqa heç vaxt icrası mümkün olmayan vədlər verməmiş, əksinə, əldə edilə biləcək nəticələri həmişə bəyan etmişdir. Onun əsas keyfiyyətləri müstəsna dürüstlük və güclü iradə, eləcə də ən yüksək təşkilatçılıq və tələbkarlıq, xüsusən özünə qarşı, hər bir insanı dinləmək və eşitmək bacarığı idi.

Belə bir dövlətçilik təcrübəsi bu gün Ukrayna dövlətini qurmaqda olanlar üçün də praktik mayak funksiyası daşıyır.

Arif QULİYEV,
Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru,

Veronika ÇEKALYUK,
Kiyev Milli Universitetinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri