Heydər Əliyevin doğum günü Milli Məclisdə anılıb
Icma.az bildirir, Modern.az portalına istinadən.
Heydər Əliyevin doğum günü Milli Məclisdə anılıb.
Modern.az xəbər verir ki, bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova Heydər Əliyevin fəaliyyəti haqqında danışıb.
“İki gün öncə deputatlar da Fəxri xiyabanı ziyarət edərək Ümumilli liderin əziz xatirəsini yad etdilər. Milli Məclisin bugünkü iclası da bizə Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xidmətləri qarşısında bir daha minnətdarlığımızı ifadə etmək imkanı yaradır. Milli tariximizin ən uyuğun şəxsiyyətlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu vətənə, torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmişdir” – spiker bildirib.
S. Qafarova daha sonra 9 May Faşizm üzərində Qələbə Günü münasibətilə çıxış edərək Azərbaycanın İkinci Dünya müharibəsində göstərdiyi xidmətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan xalqı həmin ağır illərdə həm cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq nümayiş etdirib, yüz minlərlə azərbaycanlı faşizmə qarşı döyüşlərdə iştirak edib.
Spiker sonda Monteneqro parlamentinin sədri ilə görüşü və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandum haqqında məlumat verib.
Baxış sayı:137
Bu xəbər 12 May 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















