Icma.az
close
up
RU
Heydər Əliyevin mədəniyyət manifestinə bir baxış

Heydər Əliyevin mədəniyyət manifestinə bir baxış

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Zaman və məkanın dialoqu 

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Haqqın rəhmətinə qovuşmasından 21 il ötür. Bu anlamlı gündə Heydər Əliyevin mədəniyyət manifestindən söz açmaq istərdim.  

Heydər Əliyev irsi sadəcə siyasətin, iqtisadiyyatın inkişafı ilə məhdudlaşmır; bu irsin mərkəzində Azərbaycan mədəniyyətinin varlığı və onun digər mədəniyyətlərlə qarşılıqlı faydalı dialoqu dayanır. Əgər Azərbaycan mədəniyyətinin landşaftını, relyefini, suxurlarını, iqlimini və bütün elementləri daxil olmaqla institutlarını... əks etdirən atlası, xəritəni təsəvvürümüzdə canlandırsaq, Ümummilli lider o atlasın, xəritənin ən incə detallarını çəkən, zəngin rənglərini qoruyub inkişaf etdirən şəxsiyyətdir.

 Heydər Əliyev və milli mədəniyyətin dirçəlişi – köklərə dönüş

 Sovet dövründə milli kimliyin zədələndiyi, ənənəvi dəyərlərin unudulmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda Heydər Əliyev Azərbaycanın mədəni irsini dirçəltməyi bütün mümkün üsul və vasitələrlə prioritet etdi. Onun təşəbbüsü ilə milli ədəbiyyat, musiqi, teatr və incəsənət yenidən özünə qayıtdı, öz əsl rolu, mandat-missiyası və necə deyərlər, yeri-göyü ilə çıxış etdi. O, dahi sənətkarlar Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun irsinə xüsusi diqqət yetirdi. Azərbaycan muğamının dünya səhnəsinə çıxarılması, xalq rəqslərinin və sənətkarlığın yaşadılması məhz onun iradəsi ilə gerçəkliyə çevrilmiş oldu.

 Ümummilli liderin xalqın mədəni irsinə, ümumən mədəniyyətə, tarixə, bu gün və gələcəyə baxışı onun ən çox sevdiklərinə dair, bir bölümünü burada xatırlatdığımız, suallara cavablarından da aydın görünür:

Şeir – Səməd Vurğunun “Azərbaycan”ı, şair – Şəhriyar, mahnı – xalq mahnıları və Tofiq Quliyevin mahnıları, bəstəkar – Üzeyir bəy Hacıbəyli, pyes – Mirzə Cəlilin “Ölülər”i, dramaturq – Hüseyn Cavid, sənət əsəri – Səttar Bəhlulzadənin “Muğan gözəlləri”, sənət növü – miniatür, sənətkar – Ömər Eldarov, insani xüsusiyyət – mərdlik, mövsüm – yaz, bayram – Novruz bayramı...

Mədəniyyətin sərhədləri aşması – universallıq və lokalizm

 Heydər Əliyevin fəlsəfəsində Azərbaycan mədəniyyəti yalnız milli sərhədlər daxilinə qapanmış bir fenomen deyildir. O, haqlı olaraq, Azərbaycanı Gündoğarla Günbatarın, Güneylə Quzeyin qovuşduğu, mədəniyyətlərin dialoqunun baş verdiyi bir məkan kimi görürdü. Bu yanaşma, Azərbaycanın təkcə regional deyil, qlobal mədəniyyətlər arasında körpü olmasına imkan yaratdı. Onun dövründə keçirilən beynəlxalq festival, simpozium, mədəniyyət günləri və xaricdə Azərbaycan irsinin təbliği məhz bu strategiyanın parlaq təcəallasıdır.

 Heydər Əliyev və mədəniyyətin gələcəyi: Duyğuların dili

 Heydər Əliyevin mədəniyyətə yanaşması yalnız intellektual deyil, həm də dərin duyğu ilə dolu idi. Onun hər çıxışında, hər jestində Azərbaycan xalqına, onun sənətinə və irsinə duyduğu sevgini hiss etmək mümkün idi. O, inanırdı ki, mədəniyyət yalnız bir xalqın keçmişini deyil, həm də onun gələcəyini danışır. Bugünkü Qarabağ zəfəri ilə işğaldan azad edilmiş torpaqlarda bərpa olunan mədəniyyət abidələri onun bu ideyasını bir daha təsdiqləyir.

 Zəfər və estetik məkan: Qarabağın yenidən canlanması

 Heydər Əliyevin milli mədəniyyət fəlsəfəsi Qarabağın, Gündoğar Zəngəzurun işğaldan qurtuluşu ilə yeni bir dönəmə qədəm qoydu. Qarabağ, Zəngəzur Azərbaycan musiqisinin, poeziyasının (ədəbiyyatının) və incəsənətinin (sənətinin) beşiyi sayılan ünvanlardan olub. Özünəməxsus energetikası olan torpaqlarımızın yenidən dirçəlişi, necə deyərlər, yalnız binaların və infrastrukturun deyil, həm də mədəni yaddaşın bərpası deməkdir. Bu prosesin hər bir addımında Heydər Əliyevin qoyduğu irsin estetik baxışı və emosional dərinliyi hiss olunur.

 Mədəniyyət və gələcək: Heydər Əliyevi anlamağın yeni yolu

 Heydər Əliyevi anlamaq – onun mədəniyyətə verdiyi mənanı dərindən duymaqdır. O, mədəniyyəti, belə demək olarsa, yalnız bir bəzək, naxış, süs kimi deyil, milli kimliyin əsas sütunu kimi görürdü. Qalib Azərbaycan dövləti və xalqı bu fəlsəfəni yaşadır: musiqimizdən tutmuş ədəbiyyat və rəssamlığa qədər hər sahədə mədəniyyətimiz dünya səviyyəsində tanınmağa davam edir və daha böyük uğurlara qanadlanır. Heydər Əliyev Fondu adını daşıdığı böyük şəxsiyyətin ruhunu şad edən çoxsaylı beynəlxalq layihərlərlə çıxış edir, gənc istedadları üzə çıxardır, onlara diqqət-qayğı göstərir, ölkəmizin mədəniyyət təsərrüfatının canlılığı, inkişafı, o cümlədən beynəlxalq təcrübə alış-verişi üçün önəmli işlər görür.  

 Duyğuların təntənəsi

 Ümummilli liderin mədəniyyətə yanaşması onun xalqına olan sevgisinin poetik ifadəsidir. Bu sevgi yalnız keçmişə sayğı deyil, həm də gələcəyə bir çağırış dəyərindədir. Heydər Əliyevi anlamaq üçün onun qoyduğu mədəni irsi yaşatmaq və yeni əsərlərdə, melodiyalarda bu duyğunu hiss etmək xoşdur.

 Əkbər QOŞALI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri