Heydərov ən reytinqli cüdoçuların siyahısında üçüncü yerə enib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında topladığı reytinq xallarına görə üçüncü yerə enib.
İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi cədvəlində həm kişi, həm də qadınların dünya reytinqindəki lider cüdoçuların göstəriciləri əks olunub.
Paris-2024-də ki çempionluğundan sonra tatamiyə çıxmayan azərbaycanlı cüdoçu ikinci yerdən üçüncü yerə düşüb. Onun hesabında hazırda 5400 xal var. Ayın əvvəlində bu göstərici 6544 xal idi, lakin zaman keçdikcə əvvəlki nəticələrin reytinq “dəyəri” aşağı düşüb.
Bununla belə, Heydərov kişilər arasında ən yüksək nəticəyə sahibdir. O, yalnız Fransanı təmsil edən qadın cüdoçular — Amandin Buşar (5700 xal) və Romane Dikodan (5650 xal) geri qalır.
Digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) isə topladığı 4920 xalla siyahıda doqquzuncu pillədə qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















