Icma.az
close
up
RU
Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Dünyanın ən sıx məskunlaşmış şəhərlərindən biri olan Mexiko Siti hazırda binalarının görkəmindən daha çox, torpağın altına doğru səssiz enişi ilə gündəmdədir. Şəhərin yerləşdiyi təməlin qədim bir göl yatağı olması bu nəhəng metropolu hər gün bir az daha aşağı çəkir.
Bizim.Media xəbər verir ki, alimlər bu prosesi uzun illərdir izləsələr də, NASA-nın kosmosa buraxdığı ən yeni radar sistemi NISAR fəlakətin miqyasını əvvəllər görünməmiş dəqiqliklə ortaya çıxarıb.
Kosmosdan əldə edilən son görüntülər milyonlarla insanın yaşadığı paytaxtın bəzi ərazilərində torpağın hər ay nəzərəçarpacaq şəkildə endiyini göstərir.
Bu dramatik vəziyyətin kökləri bölgənin keçmişində baş vermiş böyük dəyişikliklərə dayanır. Azteklər dövründə Tenoçtitlan adı ilə tanınan şəhər Texkoko Gölünün ortasında yerləşən bir adada su ilə uyğunlaşmış mühəndislik sistemi ilə mövcud olub.
 

Lakin müstəmləkə dövründə bu inkişaf etmiş su idarəetmə sistemləri ləğv edilərək gölün qurudulmasına qərar verilib və bununla da bugünkü problemin təməli qoyulub. Su ilə doymuş yumşaq torpaq zamanla quruyaraq sıxlaşıb və üzərində inşa edilən beton kütlələrin ağırlığı altında çökməyə başlayıb.


Bu gün yeraltı suların həddindən artıq istifadəsi və böyük binaların yaratdığı təzyiq çökmə prosesini geri dönməz hala gətirib.
1920-ci illərdən bəri bilinən bu risk artıq metro xətlərini deformasiya edir, tarixi binaların təməllərini zəiflədir. 2025-ci ildə istifadəyə verilən "NISAR” peyki buludları belə deşə bilən radar texnologiyası ilə bu dəyişiklikləri santimetr-santimetr qeydə alır.
Məlumatlara görə, şəhərin bəzi hissələri hər ay 2 santimetrdən çox, yəni ildə təxminən 25 santimetrə qədər çökür.
NASA-nın yayımladığı xəritələrdə ən riskli zonalar tünd mavi rənglərlə işarələnib. Şəhərin simvollarından biri olan Müstəqillik Mələyi abidəsi də bu prosesin canlı nümunəsi kimi göstərilir; ətraf ərazi çökdükcə mühəndislər giriş hissəsinə davamlı olaraq yeni pillələr əlavə etmək məcburiyyətində qalırlar.
Alimlər bildirirlər ki, ən böyük radar antenasına sahib olan NISAR peyki təkcə Mexiko Siti üçün deyil, bütün Yer kürəsində geoloji dəyişikliklərin izlənməsi baxımından unikal imkan yaradır.(qaynarinfo.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 May 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri